SON DƏQİQƏ

"Qanun və İcra” verlişi aparıcı Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

Tarix:12-06-2022, 08:38

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
11.06. 2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsini əhatə edən “Oğurluq cinayətləri”, və 193, 194- ci maddələrini əhatə edən “Cinayət yolu ilə əldə olunmuş pul vasitələrinin liqallaşdırılması və digər əmlaklardan istifadə və onun üzərində sərəncam verilməsi" mövzuları ilə bağlı fikir mübadiləsi eləcədə, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı.                                               
Sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:                                                           
 
1. Jalə Abışova- Hüquq müdafiəçisi.                               


 
2. Qələndər Muxtarlı – Hüquq   müdafiəçisi.Tarixçi, ekspert. 
  
 

 

3. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                                                                        
 
 

4. Əli Zamanov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.

Verlişin informasiya dəstəyi  “XeberTıme.az” və “dünyatv.az”  sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.  

Yeganə Telmanqızı 
“XeberTıme.az"



[media=https://www.youtube.com/watch?v=JLVBiORmMxI]

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ