SON DƏQİQƏ

Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 saylı tam orta məktəbdə son zəng kecirildi - FOTO

Tarix:14-06-2022, 22:05

Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur. 
Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan edildi, sonra bir dəqiqəlik sükütla torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər yad edildi.                             

Məktəbin direktoru Fəridə Cəlilova qonaqları salamladı məzunları təbrik etdi, dərs ilinə uğurla yekun vurulduğundan danışdı. Tədbirdə iştirak edən məktəbin məzun qaziləri məktəb şagirdlərini salamladı, onların hər birinə uğurlu gələcək arzuladı. Məktəbin şagirdləri Azərbaycana, Vətənə, son zəngə aid bir sıra mahnılar oxudular, onbirincilər birindən rəngarəng rəqslər ifa etdilər.      
Tədbirin fəxrli qonağı Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsi Fərid Abdullazadə və AJB-nin üzvü  Yeganə Telmanqızı məzunları, müəllimləri və valdeynləri təbrik etdilər, gələcək həyatlarında onlara sağlamlıq, bol-bol uğurlar məktəbin kollektivini təbrik edərək onlara gələcək yollarında uğurlar arzuladılar.                                                               
Valdeynlər, birincilər, sinif rəhbərləri, ibtidai sinif müəllimlər onbirinciləri təbrik etdilər. Birincilər onbirincilərin çiyinlərində son zəngi vurdular. Xoş melodiyalar altında  son zəng səslənərək ətrafı bürüdü. Daha bir ilin son zəngi səslənir. Tədbir musiqi proqramı ilə davam etdi.
“XeberTıme.az” informasiya portalının direktoru Yeganə Telmanqızı tərəfindən məktəbin direktoru Fəridə xanıma şagirdlərə, podoqoji kollektivə və media nümayəndələrinə xüsusi diqqət və qayğısına görə təşəkkürnamə təqdim etdi.                                                                      
Sonda məktəbin direktoru Fəridə Cəlilova tərəfindən məktəbin nümunəvi, respublikada keçirilən müxtəlif olimpiadalarda, tele lahiyələrdə uğur qazanmış şagirdlərinə fəxri fərmanlar və diplomlar təqdim olundu.                                      
Bütün məzunlara gələcək həyatlarında uğurlar arzulayırıq. İndi sizə çalınan “Son zəng”iniz qarşıdan gələn illərinizin ilk zəngi olsun əziz məzunlar.   

Yeganə Telmanqızı 
“XeberTıme.az”  





                                             

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ