SON DƏQİQƏ

Şəhid qəhrəman Bayram Məhəmməd oğlu Məmmədov

Tarix:21-06-2022, 15:40

Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşmış Minkənd kənd orta məktəbi şəhid Bayram Məhəmməd oğlu Məmmədovun adını daşıyır.Hər il məktəbdə şəhidin anım günü və doğum günləri qeyd edilir. Bakının Səhidlər Xiyabanında uyuyan şəhid Bayram Məmmədovun məzarını ziyarət etdikdən sonra şəhidin qardaş və bacıları , yaxın qohumları, döyüş dostlari ilə birlikdə Minkənd  kənd orta məktəbinə getdik.
Bu məktəb beş mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərir.Kalidora daxil olan kimi igid qəhrəman Bayram Məmmədovun xatirəsinə həsr olunmuş guşə diqqətimizi cəlb etdi.
Məktəbin direktoru, təcrübəli pedaqoq vətənpərvər ziyalı İlqar Şahverdiyev bizi mehribanlıqla qarşıladı. İlqar müəllim bildirdi ki, hər dəfə şəhidimizin atası , el ağsaqqalı Məhəmməd Mursəloglu ilə gəlirdiniz.  Bu gün Məhəmməd dayının da ruhu şaddır ki, Vətənimiz işğaldan azad olunub. Şəhidin qardaşı Namizəli Məmmədov məktəb direktoruna təşəkkür etdi və kövrək anlar yaşadıq.  Sonra tədbir üçün ayrılmış bir sinif otağına keçdik.
Bu otaq da şəhidin adına uyğun bəzədilmişdi. Xatirələrdə yaşayan fotolar sanki dil açırdı.
Tədbiri məktəbin müəllimi Leyla Mehrəliyeva açdı və dövlət himnimiz səsləndirildi. Şəhid Bayram Məmmədovun və cəmi şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra söz məktəbin direktoruna verildi.

İlqar müəllim tədbir iştirakcılarini salamladı və dedi: 

- Əzizlərim! Bu gün məktəbimizin adını daşıyan Bayram Məmmədovun anım günüdür. Əslində isə şəhidlərin tək doğum günü olur. Şəhidlər ölmürlər. Onlar əbədi yaşayırlar.
Minkənd kənd orta məktəbi Bayram kimi bir igid oğul yetirib.
Həmişə Məhəmməd dayı ilə məktəbimizə gələn Rauf İlyasoğluna da təşəkkür edirəm Onun yazdığı"  Bayramsız Laçın , Laçınsız Bayram " kitabı şagirdlərimizin  və müəllimlərimizin stolüstü kitabına çevrilib. Bu kitabda Laçının qeyrətli oğulları , eləcə də, tarixi abidələrimiz , qədim yurd yerlərimiz ,  adət - ənənələrimiz və Minkəndin ziyalıları  haqqında ətraflı məlumat verilmişdir.
Rauf İlyasoğlu İlqar müəllim başda olmaqla pedaqoji kollektivə və şəhid  Bayram  Məmmədovun ailə üzvlərinə təşəkkürünü bildirdi. O.yenicə çapdan çıxmış növbəti "Culfa şəhidləri" kitabını məktəbə hədiyyə etdi. Şəhidin qardaşı Namizəli Məmmədov demişdir ; Əziz müəllimlər, şagirdlər! 
Qardaşım Bayram vətənimizin  azadlığı yolunda , ərazi bütövlüyümüzü qoruyarkən igidliklər göstərərək  şəhid olub.
Bayram atama deyirdi: Ata! Məndən nigaran qalma. Əgər  mən sağ qalsam ,sənin  bir oğlun olacaq, Əgər şəhid olsam, sənin başın da uca olacaq və sənin nə qədər övladların olacaq. Mən sizə, xalqıma şərəf gətirəcəyəm.
Həqiqətən də Bayram Məmmədov düşmənlərimizdən qisasımızı  aldı və igidlik göstərərək necə insanları xilas etdi . Özü isə əbədiyyata qovuşdu. Namizəli Məmmədov onu da bildirdi ki, həmişə atamız  Məhəmməd Mursəloğlu   tədbiri açardı.
Bu gün Məhəmməd Mursəloğlunun da ruhu şaddır. Minkəndimiz də yağı taptağından azad olunubdur .
Şəhidin bacısı Ağca xanım məktəbin müəllim və şagird kollektivinə dərin təşəkkürünü bildirdi.
Bayram Məmmədovun bacısı oğlu, ikinci vətən müharibəsi qazisi Rəşad İmranov  vətənpərvər ruhlu çıxış etdi. Məktəbinn tarix müəllimi Nizami Verdiyev bildirdi ki, hər kəs şəhidlik zirvəsinə ucala bilməz. Biz şəhidlərimizlə, qazilərımızlə  qürur duyuruq. 
Məktəbin şagirdləri vətənpərvər mövzulu şeirlər söylədilər və Bayram Məhəmməd oğlu Məmmədovun şərəfli döyüş yolundan söhbət açdılar. Məktəbin müəllimlərindən  Nazlı Səlimova, Sənubər Novruzova, şagirdlərdən 
Ziyalə Təhməzova , şəhid atası Məhəmməd Mursəloglunun nəvələri Ruqayya, Zəhra və Vüsalə bacıları  və digər şagirdlər şeirlər söylədilər, kövrək duyğular yaşandı.
Sonra xatirə şəkli çəkildi.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ