SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi

Tarix:24-06-2022, 23:55

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
26.06.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində “Məişət zorakılığına qarşı mübarizə. Qadınların və yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi” mövzuları ilə bağlı fikir mübadiləsi eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                                                                                                      
1. Şərəf Cəlilli – Araşdırmaçı, yazar  

 

2. Ülkər İsmayılova – Müəllimə.                                                                                            
 


3. Jalə Abışova- Hüquq müdafiəçisi.                               
 

4. Könül Abbasova - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                                                                        
Verlişin informasiya dəstəyi “XeberTıme.az”  və “dünyatv.az” sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
“XeberTıme.az"

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ