SON DƏQİQƏ

Ağstafada 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş konfrans keçirilib

Tarix:26-06-2022, 02:09

24 iyun 2022-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş “Cəmiyyətdə Hərbi Vətənpərvərlik” mövzusunda elmi praktik konfrans keçirilib.
Konfransda Ağstafa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin, Heydər Əliyev Mərkəzinin, Ağstafa rayon Ağsaqqallar Şurasının əməkdaşları,Qazax Xeyriyyə İctimai Birliyinin üzvüləri, qazilər, sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan  Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev 44 günlük Vətən müharibəsində ağstafalıların ön cəbhədə və arxa cəbhədə göstərdikləri şücaətlərdən danışıb, gənclərin vətənpərvər böyümələrindən bəhs edib. Həmçinin qeyd edib ki, vətənpərvərliyi gənclərimizə aşılamaq üçün belə konfrans və tədbirlər davamlı şəkildə keçirilir, keçiriləcək də.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək bildirib ki, 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin illərdir ardıcılıq olaraq həyata keçirdiyi uğurlu siyasi-iqtisadi və hərbi-diplomatik strategiyası nəhayət öz tövhəsini verdi. 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla başlayan Vətən müharibəsi 44 gündən sonra tarixi Zəfərlə başa çatdı. Rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, geri çəkilməyə məcbur edilmişdir.
Sonra çıxış edən natiqlər  şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıblar.
Daha sonra 44 günlük Vətən müharibəsi dövründə, həmçinin bu gün də daim fəallıqları ilə fərqlənən idarə, müəssisə əməkdaşları, Əfqanistan Veteranlari İctimai Birliyi Aqstafa rayon Filialinin təqdimatina əsasən, Müharibə Veteranlari Təşkilatlarinin Koordinasiya Mərkəzinin sədri e.o. polkovnik Əzizaqa Qəni-zadə tərəfindən Vətən müharibəsi zamani vətəndaşliq borcunu layiqincə yerinə yetirərək, maddi-mənəvi dəstəyə, qayqi və diqqətə gorə müharibə veteranlari, ziyalilar, sahibkarlar, gənclər  fəxri fərmanla təltif olunublar. 
Sonda əbədiyaşar liderin mənalı ömür yoluna həsr olunmuş foto şəkillərdən ibarət Heydər Əliyev Mərkəzinin salonları ziyarət edilib.

Mirzahid Hacıyev                                                                          
Hərbi ekspert

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ