SON DƏQİQƏ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir sıra əməkdaşları Silahlı Qüvvələri günündə Şəhidlər Xiyabanını ziyarət ediblər- FOTO

Tarix:27-06-2022, 18:10

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Naziriliyinin bir qrup zabit heyyəti Sumqayıt şəhər Şəhidlər Xiyabanını ziyarət edib.Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimiz dərin hörmət və ehtiramla yad olundu məzarları önünə tər güllər qoyuldu. Şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarından söhbət açıldı. N saylı hərbi hissənin əməkdaşları  mayor Kərimov Talehin məzarını və ailəsini ziyarət etdi.  Bir yerdə kursant olmuş zabit yoldaşı Elvin Dadaşov şəhid haqqında xoş xatirələrdən danışdı.
 

Müdafiə Nazirliyinin əməkdaşı Elvin Dadaşov “XeberTıme.az” analitik informasiya portalına öz müsahibəsində bildirdi:                                                   

- Azərbaycan xalqının tarixən böyük xalqıdır. Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 26 iyun Silahlı Qüvvələr Günü bizim qəhrəmanlıq, rəşadət səhifəmizdir. Bu gündə bir sıra heyyətlə bu bayramı Şəhidlər Xiyabanında keçirtməyi özümüzə borc bildik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdilər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi  ürəyimizdədir. Qalibiyyətimiz və müstəqilliyimiz əbədidir.Yaşasın Azərbaycan Ordusu!                                               
Sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir sıra əməkdaşları, Azərbaycan Ordusunun mayoru şəhid  Taleh Kərimovun döyüş yoldaşları, kursant yoldaşı Elvin Dadaşov şəhidin  ailəsini ziyarət etdilər.
 
Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ