SON DƏQİQƏ

“Ordümüz Gücümüzdür” adlı tədbir keçirilib- FOTOLAR

Tarix:1-07-2022, 09:03

Bakı Gənclər mərkəzində 29 iyun 2022-ci il tarixində Dünya Ana və Uşaqlar İB-nin, Bakı Gənclər mərkəzinin təşkilatçılığı və daim şəhid, qazi ailələrinin yanında olaraq onları diqqətdə saxlayan General-mayor Hilal Nəcəfovun dəstəyi ilə Silahlı Qüvvələrin 104 illiyinə həsr olunmuş “Ordumuz Gücümüzdür” adlı tədbir keçirildi.                                                         Tədbir Azərbaycan Dövlət himni ilə açıq elan edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqqəlik sükütla anıldı. Tədbirin aparıcı Şəbnəm Turan Silahlı Qüvvələrin yaranma tarixindən qonaqlara məlumat verdi. Söz tədbirə ev sahibliyi edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevaya verildi. Nərgiz xanım gənclərin vətənpərvər ruhda böyüməsi yolunda görülən işlərdən, 44 günlük Zəfər tarixindən danışdı.                                                              
Böyük ekranda ordumuzun 44 gündə imza atdığı zəfərin görüntüləri əksini tapıb.
Tədbirdə Dövlət qulluqçusu Elvin Dadaşov, Veteranlar təşkilatı İB-nin sədri, Azərbaycan Tank Taborunun ilk komandiri Hacı Azimov çıxış edib. Tədbirdə Azərbaycan Ordusunun mayoru şəhid Taleh Kərimovun həyat yoldaşı, Sumqayıt şəhər şəhid və qazi ailələrinin problemləri üzrə icra nümayəndəsi Nəzakət İsmayılova, şəhid kəşfiyyatçı Nadir Rzayevin anası Aynur Rzayeva çıxışlarında şəhid anaları, ailələri adından tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər. Tədbirdə çıxış edən digər natiqlər Ali  Baş Komandan başda olmaqla bütün şəhidlərimizə, Qarabağ qazilərinə, əsgər və zabit heyyətinə, hərbi qulluqçulara tarixi günləri bizə yaşadanlara təşəkkürlərini bildirdilər. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm və tarixi Qələbədən danışdılar.                                        

Tədbirin təşkilində fəallıq göstərən reabilitoloq, Dünya Ana və Uşaqlar İB-nin müavini Afaq Yaqubova da çıxış etdi. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artisti Könül Xasıyeva, Azərbaycan Respublikasının əməkdar artisti İnara Babayeva, gənc müğənni Şəbnəm Turan, Əli Əzizoğlu və Sevinc Şuşalı vətənpərvər ruhda musiqilər ifa etdilər və  məktəblilər şeirlər səsləndirib.      
Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya Əliyeva qonaqlara öz dərin təşəkkürünu bildirib. Tədbirə ev sahibliyi edən Bakı Gənclər mərkəzinin direktoru Nərgiz Babayevaya və tədbirə dəstək göstərən General-mayor Hilal Nəcəfova şəxsi minnətdarlığını bildirib.                             
Sonda vətənpərvər gənclərə, tədbir təşkilaçılarına  “XeberTıme.az”  informasiya portalının direktoru Yeganə Telmanqızı və Dövlət qulluqçusu Elvin Dadaşov imzası olan Təşəkkürnamə verildi.                                                                               
General-mayor Hilal Nəcəfov “XeberTıme.az” informasiya portalına öz fikirlərini bildirdi:                                             
- Yeganə xanım bizim əsas məqsədimiz şəhid valdeynlərini, şəhid ailə üzvülərini, övladlarını və qazilərimizi hər zaman diqqətdə saxlamaqdır. 
Bu cür tədbirlərin mütamadə keçirərək bölgələrdə, ucqar kəndlərdə, şəhərdə yaşayan şəhid ailələrini və qaziləri bir araya toplamaq onların könlün xoş etmək bizədə ruh verir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 
Böyük qələbə ilə nəticələnmiş Vətən müharibəsi,  Ali Baş Komandanın qətiyyətli addımları, uzaqgörən siyasəti, Xalq-Prezident birliyi, “Dəmir yumruq” əməliyyatı tarixi qələbəyə aparan yol idi. Azərbaycan Ordusu 30 illik həsrətə 44 gündə son qoydu və Azərbaycan hərb tarixinin qızıl səlnaməsini yazdı. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhərəmanları unutmamalıyıq! Hər bir döyüşçümüz, zabit və əsgərimiz bizim üçün dəyərlidir.                                                                     

Tədbirin sonunda qonaqlar xatirə şəkilləri çəkdirdilər.

Yeganə Telmanqızı               
“XeberTıme.az”



 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ