SON DƏQİQƏ

İqtisadçı alim, şair dostumuz Sabir Məmmədov- 59

Tarix:24-12-2020, 13:24

Əziz qardaşımız, tələbə dostumuz Sabir! 
Səni ad günü münasibəti ilə   ürəkdən təbrik edir, sənə, ailənlə, övladlarınla, nəvələrinlə və səni istəyən bütün doğmalarınla, dostlarınla, “Qagalar” qrupunla  birlikdə Sizə can sağlığı, uzun ömür, sağlam həyat arzulayıram.
Hələ orta məktəbdən öz istedadı ilə seçilən, institut illərində təşkilatçılığı özünü göstərən Sabir Məmmədovla bu gün bir iqtisadçı alim kimi   tələbə dostlarımızla fəxr edirik.
Məntiqli danışığıyla, ağsaqqal durusuyla, təşkilatçılıq bacarığı ilə   Sabir Məmmədov Respublikada  da tanınır və böyük nüfuz sahibidir. Ədəbiyyata olan həvəsi onu şeir yazmağa məcbur etmis   və bir birindən maraqlı şeir və poemaları qəlbləri oxşayır, könülləri riqqətə gətirir.
Valideynə olan məhəbbət, dostlara olan sədaqət Sabir Məmmədovun poeziyasında daha qabarıq hiss olunur. 
Azərbaycan Jurnalistlər Birliyi Həmkarlar Təşkilatının qərarına əsasən Sabir Məmməd oğlu Məmmədovun yaradıcılığı yüksək qiymətləndirilmiş, “Qızıl Qələm”, xalqın nüfuzlu ziyalısı və bir çox media mükafatlarına   layiq görülmüşdür.
Sabir Məmmədov iqtisadiyyatimizin inkisaf etdirilməsi ilə əlaqədar dövrü mətbuatda, xarici jurnallarda çoxlu elmi məqalələri dərc olunmuşdur. Onun yazdığı fundamental əsərləri və monoqrafiyaları bu gün də institut tələbələri və aspirantlar, eləcə də   gənc   alimlərin stolüstü kitabına çevrilmişdir. 
"Qədim Şərur"  kitabında   həmmuəlliflərlə birlikdə Sabir Məmmədov gərgin elmi   axtarışlar apararaq doğulduğu məkanın çox qədim bir tarixə malik olduğunu sübut edərək   bu monoqrafiyanın ərsəyə gətirmişlər. Bu kitab çox nəfis tərtibatda rəngli boyalarla çap olunmaqla qədim abidələr,in, mezozoy dövründən də əvvəl insanların işlətdikləri məişət əşyaları, daşdan yonulmuş müxtəlif alətlər, arxeoloqların tapıntısı sahəsində milli dəyərlərimiz " Qədim Şərur " kitabında daha geniş əks olunmuşdur.
İqtisadiyyat üzrə fəlsəfə doktoru olan Sabir Məmmədov bir çox xarici ölkələrdə, konfrans və simpoziumlarda, mötəbər məclislərdə, elmi diskuziyalarda etdiyi  maraqlı çıxışları   dünya alimlərinin marağına səbəb olmuşdur. Belə ki, Sabir Məmmədov sübut etmişdir ki, nəinki Qafqazda, hətta   dünyada tarix boyu erməni dövləti olmayıb. Ermənilər son iki yüz il ərzində Qafqaza köçürülmüş və Çar Rusiyasının köməkliyi ilə Qədim Azərbaycan torpaqlarında məskunlasdirılmıslar. 
Onu da qeyd edim ki, 2020- ci ilin sentyabrın 27 dən davam edən və   44 gün ərzində şanlı ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək 30 il ərzində erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmişdir. 
Təcrübəli iqtisadçı  alim Sabir Məmmədov işğaldan azad olunmuş ərazilərimizin iqtisadiyyatını inkişaf etdirməsi ilə   bağlı elmi araşdırmalar aparmış   tezliklə  yazdığı monoqrafiyanı tamamlayaraq çapa vermək ərəfəsindədir. Beləki iqtisadçı dostumuz növbəti titabinda işğaldan azad olunmuş torpaqlarımızın iqtisadiyyatının gücləndirilməsi haqqında elmi araşdırmalar apararaq gərgin axtarışlar, edərək iqtisadçı alimlərlə birlikdə elmi müzakirələrdə təkliflərlə çıxış etmişdir . Bərəkətli torpaqlarımız olan Ağdamda, Füzulidə , Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda, Qubadlıda , Laçında , Şuşada   ərazilərimizi minalardan təmizləndikdən sonra taxılçılığın, heyvandarlıgı, baramaçılıgı, tütünçülüyü , arıçılıgı   və digər sahələri inkişaf etdirməklə, ölkə iqtisadiyyatını   səmərəli formada daha çox    inkişaf etdirməyin mümkünlüyünü elmi əsaslarla göstərmişdir. Şuşada, Hadrutda və digər kurort zonalarında turizmin  inkişaf etdirməsi həm dövlət büdcəsinin artmasına səbəb olar, həm də   işsizliyin  aradan qaldırılması   mümkündür.
Tək Kəlbəcər istisuyundan istifadə etməklə əhalimizin sağlamlığının qayğısına daha çox qalmaqla insanların normal istirahətini təmin etmək olar.
Zəngilanın  Vejnəli və Kəlbəcərin Zod  yataqlarındakı  təbii sərvətlərdən səmərəli istifadə etməklə ölkəmizi ən qabaqcıl ölkələr siyahısına çıxara   bilərik deyənnaliminnelmi potensialından istifadə etmək lazımdır. 
İqtisadçı alimin araşdırmaları sübut edir ki, işğaldan azad olunmuş caylarimizdan səmərəli istifadə etməklə ölkədə balıqçılıq sahəsinə diqqəti artırmaqla  yüksək səmərə əldə etmək olar.
Ərzaq proqramını təbii məhsullar hesabına coxaltmaqla insan sağlamlığını qorumaq hər bir vətəndaşın borcudur.
Əziz Sabir müəllim! Sizin vaxtilə yazdığınız və ilk dəfə çap olunan   Urbanizasiya ilə bağlı kitabınız bu gün də  öz aktuallığını itirmir.
 Beləki, kənd və qəsəbələrində şərait yaradilmaqla yeni iş yerlərinin açılması  kənddən şəhərə axının  qarşısını  mümkün qədər   alacaqdır. 
Odur ki, sərhəd bölgələrimizi  mənfur düşmənlərdən qoruyan ordumuzun  və başda  Ali baş Komandanımızın rəhbərliyi sayəsində   torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımızı daha da gücləndirəcək, insanların həyat şəraiti daha da yaxşılaşacaqdır.
“Həkəri”  qəzetinin fəxri heyətinin üzvü, vətənpərvər ziyalımız Sabir Məmmədovu   59 yaşının tamam olması  və   yubiley illərinin yaxınlaşması  münasibəti ilə  ürəkdən təbrik edir, ona yeni-  yeni yaradıcılıq uğurları, uzun ömür, can sağlığı arzulayırıq .
Ad günün mübarək əziz dost .Sizin fəaliyyətiniz ən yüksək mükafatlara layiqdir.
 
Rauf İlyasoğlu



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ