SON DƏQİQƏ

Bakıda yanğın: Bir nəfər öldü

Tarix:24-12-2020, 14:54

Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Suraxanı rayonunda ümumi sahəsi 15 kvadrat metr olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ