SON DƏQİQƏ

Qarabağ Azərbaycandır! verlişində I Qarabağ və Vətən müharibəsi döyüşcüləri bir arada - FOTO

Tarix:8-07-2022, 04:48

Hər həftə sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” telelayihəsi bu dəfə də I Qarabağ və II Qarabağ müharibəsi döyüşcülərini bir araya topladı.
Vətən müharibəsi qaziləri və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas və sıra döyüşçü xanım üzvüləri keçdikləri şərəfli döyüş yolundan söhbət açdılar. 30 illik həsrəti 44 günə sığdıran “Dəmir yumruq” ətrafinda sıx birləşərək əldə olunan qələbədən, şəhadətə qovuşan qəhrəman oğullardan danışıldı. Verlişə qonaq qismində dəvət alan bir sıra ziyalılar, icəsənət xadimləri 30 il ərzində torpaqlarımızın azad olunmasında şücaətlik göstərərək adını qızıl hərflərlə tarixə yazdıran qəhrəmanlarla və Qalib Azərbaycanla fəxr etdiklərini bildirdilər.                
Çəkliş Novxanıda yerləşən “Kralın bağı” adlı məkanda baş tutdu. İş adamı Rauf müəllimə və verlişə göndərdiyi torta görə Sumqayıt şəhərində fəaliyyət göstərən “Cansu” şirniyyat evinə öz təşəkkürmüzü bildiririk.      

Yeganə Telmanqızı               
 “XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ