SON DƏQİQƏ

BİR ÖMRÜN İŞIĞI - Sabirabadda Böyük Vətən müharibəsi iştirakçısı mərhum Zülfəli Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib- FOTO

Tarix:9-07-2022, 09:20

Sabirabad rayon Regional Mədəniyyət idarəsinin və Sabirabad rayon Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə 1941-45- ci illər faşızmə qarşı olan müharibənin iştirakçısı olmuş rəhmətlik Əliyev Zülfəli Hüseyin oğlunun 100 illik yubileyinə həsr olunmuş, qızı İradə Əlilinin "Bir ömrün işığı” kitabının təqdimatı keçirilmişdir.
Təqdimatda ziyalılar, qazilər, şəhid ailələri iştirak etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Hüseyinoğlu, Ağayev Mirnizami, yazıçı - jurnalist Minəxanım Əkrəmqızı, şair - publisist Rəqibə Qəvvas, "Əsgərə xatirə" layihəsinin rəhbəri Nuranə Şıxalıyeva Sabirabad rayon Muharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatnın sədri Faiq Hüseynov, Sabirabad Rayon Gənclər İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının Varis Rüstəmov, Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Eldar Urufov, Qarabağ qazisi Rüxsarə Cumayeva, Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov, şəhid atası Əlbaxış Qarayev, qazilərdən Hüseynov Hikmət, Rəhimov Rafik, tanınmış yazarlardan Rahil Məmməd, Fikrət Məmmədli və s. qonaqlar çıxış edərək Zülfəli Əliyevlə bağlı xatirələrini danışdılar. Kitab ilə bağlı müzakirələr oldu. Zülfəli Əliyevin döyüş yoluna həsr edilmiş, neçə illər öncə “Salnamə” studiyasında rejissor Tahir Əliyevin çəkmiş olduğu "Xəzərdən Dunyaya" adlı sənədli filmdən də fraqmentlər nümayiş olundu.

Tədbir “Space” televiziyası tərəfindən lentə alındı. Zülfəli Əliyevin nəticələri Məhəmməd Salahlı və İsa Babazadə şeirlər söylədilər.
Qeyd edək ki, kitabın redaktoru Minaxanım Əkrəmqızı, məsləhətçiləri Nuranə Şıxalıyeva, Könül Həbibqızı, korrektorları Naibə Abdullayeva, Səmray Əliyeva, Rəsul Əliyev, dizayneri Leyla Babazadədir.

Ataların xatirəsini övladları yaşatmalıdırlar, o zaman onların ruhu şad olar. Təqdim olunan kitabın müəllifi, mərhum Zülfəli Əliyevin qızı İradə Əlili tədbirin təşkilinə göstərdikləri köməkliyə görə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran xanım Xəlilovaya, Sabirabad rayon Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadəyə, yazıçı Minaxanım Əkrəmqızına, “Əskərə xatirə” layihəsinin rəhbəri Nuranə Şıxaliyevaya, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Eldar Urufova, “Space” televiziyasının rəhbərliyinə, televiziyanın bölgə müxbiri Yaqub Mehdiyevə, Sabirabad rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Faiq Huseynova və tədbirin təşkilinə göstərdikləri köməkliyə görə əməyi keçən bütün şəxslərə mərhum BVM vetranının ailəsi adından təşəkkürünü bildirib.

Pünhan Şükür

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ