SON DƏQİQƏ

190 manat bu tarixdən veriləcək - RƏSMİ AÇIQLAMA

Tarix:24-12-2020, 15:05

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.
XeberTıme.az   xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi qərardan irəli gələn məsələləri həll edəcəklər.
190 manat birdəfəlik maddi yardımın hansı zamandan ödənilməyə başlayacağı böyük maraqla qarşılanır.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, artıq işlərə başlanılıb, hazırda qeydiyyatdan keçən şəxslərin yoxlanılması aparılır:
"Yoxlamalar sona çatdıqdan sonra siyahı tam tərtib olunacaq. Daha sonra siyahı banklara göndəriləcək ki, vətəndaşların kart hesablarına həmin vəsaitlər yüklənsin. Bu prosesin ən qısa zamanda yekunlaşdırılması planlaşdırılır".
Prosesinin dekabrın 27-28-də yekunlaşacağı gözlənilir.  

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ