SON DƏQİQƏ

Bir sıra ictimai fəallar Fəxri Fərmanla təltif olundu- FOTO

Tarix:13-07-2022, 20:59

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun vitse prezidenti Ənvər Qarayevin təşəbbüsü ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov tərəfindən Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Vətəndaş Cəmiyyətinin inkişafında Şəhid ailələrinə, müharibə Qazilərinə, Veteranlara göstərdiyi diqqət-qayğıya görə “Qurban Bayramı” günü münasibəti ilə “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova, Vətən müharibəsi şəhidi Namiq Quliyevin atası Natiq Quliyev və AJB-nin üzvü Yeganə Telmanqızı Fəxri Fərmanla təltif olundular. Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun vitse prezidenti Ənvər Qarayev, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Nəsimi rayon şöbəsinin sədri, polkovnik  Elşən Məhərrəmov, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə  naminantları təbrik etdilər.  Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq  Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov başda olmaqla bizim əməyimizə və zəhəmətimizə verdikləri dəyərə görə hər kəsə öz təşəkkürümüzü bildiririk.
Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ