SON DƏQİQƏ

Polad Həşimovun abidəsi ziyarət olundu

Tarix:15-07-2022, 00:49

14.07.2022-ci il tarixində əfsanəvi general-mayor Polad  Həşimovun böyüyüb boya-başa çatdığı Sumqayıt şəhər 13-cü mikrorayonda yerləşən xatirə lövhəsi ziyarət olundu. Ziyarətdə iştirak edən Vətən müharibəsinin hərbi qulluqçu şəhidi Asiman Allahverdiyevin atası Niyaz Allahverdiyev, AYB-nin üzvü “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlu və “XeberTıme.az” analitik informasiya portalının direktoru Yeganə Telmanqızı şəhidin abidəsi üzərinə tər güllər qoydular.                                                      Ziyarətdə iştirak edən bir sıra hərbi polislərə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən, ordumuzun qəhrəmanlıq səlnaməsindən, 30 ildə qələbə, xalq yolunda, torpaqlarımızın azad olunmasında şəhadətə yüksələn oğullarımızdan söhbət açıldı və şəhidlərimizin ruhu ehtiramla yad olundu.          
Ölümüylə ölümsüzlük yaradan, əbədi yaşar, Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrimizin General-Mayoru Polad Həşimovun illər ərzindəki qüsusrsuz xidmətlərindən danışıldı. Mərdliyi, qorxmazlığı ilə Azərbaycan xalqının yaddaşında əbədi silinməyən qəlbləri fəth edən qəhrəmanlıq nümunəsi yaradan odumuzun ağır itkilərindən olan Generalımız Polad Həşimova bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləndi.   

Sonda hərbiçi qardaşlarımıza və binanın sakinlərinə şəhidlərimizdən bəhs edən "Həkəri" qəzetinin yeni çapdan çıxmış nüsxələri hədiyyə olundu

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
 “XeberTıme.az”


  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ