SON DƏQİQƏ

Tanınmış hüquqşünas Əkbər Yusifoğlu Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrini təbrik etdi.

Tarix:22-07-2022, 20:16

Dəyərli media nümayəndələrini Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər.
Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir.
Mən 8 ildir “Dunya” Müstəqil teleradio şirkətində “Qanun və İcra” verlişinin aparıcısıyam və ictimayyətimizi qanunlarımızla marifləndirirəm.  Azərbaycan jurnalistikasında əldə olunmuş uğurların inkişaf etdirilməsində, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərimi əsirgəməyəcəm.
Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Əkbər Yusifoğlu                                                 
Tanınmış hüquqşünas 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ