SON DƏQİQƏ

Xaçmaz Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Tarix:27-07-2022, 00:37

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin əmri ilə, Vətən müharibəsi iştirakçısı Tariyel Didarov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Tariyel Didarov uzun illər Azərbaycan Silahlı Qüvvələrinin sırasında zabit kimi müxtəlif vəzifələrdə çalışıb və bir çox medallarla təltif olunub. 
Didarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Cəsur döyüşçü" “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasın görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O həmçinin "Vətən Müharibəsi iştirakçısı" və "Vətən naminə" medallarınada layiq görülüb.
Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq Azərbaycan Silahlı Qüvvələrinin zabiti, əziz dostumuz Tariyel Didarovu ürəkdən   təbrik edirik, gələcək məsul fəaliyyətlərində bol-bol uğurlar arzulayırıq. 

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ