SON DƏQİQƏ

Hərbi tibb qulluqçusu Pərvanə Əhmədlinin "Zəfəri Qazananlar" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi + FOTOLAR\VİDEO

Tarix:27-07-2022, 12:10

26 İyul "Azərkitab" Kitab Təbliğatı Mərkəzində Elnurə və Aygün  İsgəndərovaların layihə rəhbəri və təşkilatçısı olduqları  rəssam, hərbi tibb qulluqçusu Əhmədli Pərvanənin "Şuşa İli"nə həsr olunmuş "Zəfəri Qazananlar" adlı ilk fərdi yaradıcılıq sərgisi baş tutdu. 
Sərgidə rəssamın 21 Qarabağ zəfərinə həsr olunmuş əsəri sərgilənirdi. Əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılandı. Sərginin açılışını edən layihə rəhbəri Elnurə  İsgəndərova ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad olunmasını bildirdi. Qazilərimizə can sağlığı arzuladılar. Sonra sözü səbəbkar  Pərvanə Əhmədliyə verdi. Pərvanə xanım sərginin təşkilində dəstəyə görə Elnurə  və Aygün İsgəndərovalara və sərgiyə gələn qonaqlara   təşəkkür etdi . Yaratdığı əsərlərin mənasından və şahidi olduğu Vətən Müharibəsində olan xatirələrindən söz açdı. Xatırladaq ki, Pərvanə xanımın nişanlısı Ağazadə Aqşin Vətən Müharibəsində iştirak edib. Aqşin bəy  çıxışında döyüş  xatirələrindən bəhs etdi.Tanınmış rəssamlardan Qumral Əhmədova, Respublika Gimnaziyasının müəlliməsi Minə Məmmədova, Tofiqə Əliyeva həmkarlarına ugur arzuladılar. Xatırladaq ki , bir qrup Qarabağ Qazisi və Vətən Müharibəsi iştirakçıları  Türkiyə " İyilik Üretenler" Dərnəyinin rəhbəri Ahmet Yavuz və Hatice xanım  Uşaqlıoglu  adından "Kahraman Gazi" Onur Belgesi ilə təltif  olundular:

1. Əhmədli Pərvanə
2. Aqşin Ağazadə 
3. Bənnayev Qonfrans
4. Ədalət Məhərrəmov
5. Ənvər Qarayev
6. Mənsur Əsgərli
7. Elşən Məhərrəmov
8. Mahir Əhmədov 
9 . Rada Abbas
10. Nəzakət Baxışova
11. Azər Məhərrəmov
Sonda xatirə fotoları çəkildi.
 
XeberTıme.az
Xüsusi müxbir: Aygün Oqtay 
Fotoqraf: Mahir Əhmədov



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ