SON DƏQİQƏ

Hərbiçimizin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi- FOTOLAR

Tarix:25-12-2020, 23:30

Vətənin keşiyində duran, bizləri hər an canıyla, qanıyla müdafiə etməyə hazır olan oğullarımız var! 
Vətən müharibəsi qəhrəmanımızı tanıyaq.
44 günlük müharibədə tarix yazan Azərbaycanın cəsur döyüşçülərindən biri   Qeyrət  Ədalət oğlu  Süleymanlı 10 noyabr 1996-cı ildə   Oguz rayon Xacmaz kəndində sadə bir ailədə dünyaya gəlib. Qeyrət ailənin ikinci övladı idi. 2002-2013-ci illərdə Xacmaz kənd Mirzə Fətəli Axundov adına 1№-li tam orta məktəbdə təhsil alır. 2015-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsinin həqiqi xidmətə çağrılır və  2016-cı ilin “Aprel döyüşlərində” iştirak etmişdir.   Qeyrət Süleymanlı  2020-ci ilin 28 sentyabrda II Qarabağ müharibəsinə ən yaxşı artilleriya atıcısı kimi döyüşə çağrılır.  Cəbrayıl, Qubadlı, Laçın, Füzuli   istəqamətlərində gedən şiddətli döyüşlərdə zəfər tarixində tariximizi yazan hərbiçilərimizdən biri olur və cavuş rütbəsinə kimi yüksəlir.                           
Qeyrət Sülemanlının uşaqlıqdan ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Bu vətənin  oğlu kimi Vətən müharibəsində iştirak edərək qızıl hərflərlə qələbə tariximizin yazılmasında onun payının olması oldu və ən böyük arzusuna çatdı.                         

24 dekabrın 2020-ci il tarixində Süleymanlı  Qeyrət  Ədalət oğlu Prezident İlham Əliyevin sərancamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. 
 
Anası Səidə xanım oqlu ilə qürur duyur:                            

- Yeganə xanım möhtərəm Ali Baş Komandan İlham Əliyevə  öz adımdan, ailəmin adından dərin təşəkkürümü bildirirəm. Bu gün mən qururlu hərbiçi anasıyam. Ona görə qürurluyam ki, oğlu Qeyrət  güclü bir ordunun əsgəridir və  zəfər tarixində tariximizi yazan hərbiçilərimizdən biri oldu. Mən dünyanın ən xoşbəxt anasıyam. Ona görə xoşbəxtəm ki, məni qoruyanların sırasında mənim oğlum da var. Əslində, özümü ömrünü torpaqlarımızın bütövlüyü üçün yaşayan bütün oğullarımızın anası hesab edirəm. Ona görə də sənin simanda bütün əsgər yoldaşlarının gözlərindən öpürəm... Çox sağ ol ki, mənə belə xoşbəxtlik yaşatdın.  

Bəli Azərbaycan xalqı tarix boyu qəhrəmanlar yetişdirən və qəhrəmanları ilə fəxr edən bir xalqdır! Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı.   


Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
“XeberTıme.az”
 



                        
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ