SON DƏQİQƏ

Fidan Rüstəmzadənin “Mənim incəsənət ruhlu rəngli dünyam” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib - FOTOLAR

Tarix:31-07-2022, 09:27

29 iyul tarixində layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu ADRAİK - nin 3 -cü kurs tələbəsi Fidan Rüstəmzadənin  “Mənim incəsənət ruhlu rəngli dünyam” adlı ilk fərdi yaradıcılıq sərgisi Mərdəkan Mədəniyyət Sarayında təşkil olundu.                                                                  

Sərgidə gənc rəssamın Qarabağ zəfərinə həsr olunmuş 44 əsəri sərgilənirdi . Sərgini layihə rəhbəri Elnurə İsgəndərova açdı. Öncə ilk fərdi yaradıcılıq sərgisi münasibətilə  gənc rəssamı təbrik etdi və  əsərlər haqqında məlumat vermək  üçün sözü səbəbkara verdi. Fidan Rüstəmzadə öz növbəsində sərginin təşkilində zəhməti olan hər kəsə təşəkkür edərək , əsərləri haqqında geniş məlumat verdi. Çıxışçılardan Mədəniyyət Nazirliyinin əməkdaşı Lalə Azəri , Mərdəkan Mədəniyyət Sarayının əməkdaşı Kübarə xanım ,  GALERA Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli, ADRAİK - nin  və ADPUPK - nin müəllimi Rəsmiyyə Mahmudova, modelyer Bahar xanım , fəxri qonaq Xədicə xanım , rəssam Səmədov Xəyyam , rəssam Elmira Ələkbərova çıxışlarında gənc rəssama uğurlar arzuladılar. Sonda gənc rəssamın atası Yalçın müəllim və anası Vəfa xanım sərgidə iştirak edən hər kəsə təşəkkür etdilər. Rəsmi hissə bitdikdən sonra Bədii hissədə Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələrindən ibarət "East or West" gənc ifaçılar qrupu xüsusi hazırladıqları "Göygöl" kompazisiyası və Tofiq Quliyevin "Vals" əsərini möhtəşəm ifa etdilər. Sonra qonaqlar furşetə və rəssam tortu ətrafına dəvət olundular. Xatırladaq ki , sərgini Ağdam Rayonun İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağdam rayon ziyalıları da ziyarət etdilər.
 
XeberTıme.az
Xüsusi müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ