SON DƏQİQƏ

190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı

Tarix:26-12-2020, 12:52

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
XeberTıme.az  bildirir ki, bu barədə açıqlamasında Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir: “Artıq banklar ödəmələrin icrasına başlayıb.
Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək”.
F. Talıbovun sözlərinə görə, birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ