SON DƏQİQƏ

“Qarabağ Azərbaycandır!”- LERİKDƏ

Tarix:28-08-2022, 20:23

Hər həftənin 6-cı gün saat 22:00-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır” telelayihəsi bir sıra ziyalılarla  professor Əbülfət Pələngov, “Dəqiqxəbər.com” saytının təsisçisi və baş redaktoru Nəzər Pələngov, “XeberTıme.az” analitik informasiya portalının direktoru Yeganə Telmanqızı və Qarabağ qaziləri ilə birgə bu dəfə Lerik rayonunda yaşayan 5 şəhid ailəsini ziyarət etdi. Lerik rayonunun girişində Qarabağ qaziləri Bakıdan və digər rayonlardan gələn Qarabağ qazilərini, qonaqları qarşıladılar. Şəhidlərin əbədi xatirəsi üçün tikilən abidə ziyarət olundu. Sonra Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə bəzədilən maşınlarla Lerik rayonunun ən ucqar kəndlərində yaşayan şəhid ünvanlarına üz tutdu. İlk ziyarətimiz  MAHHXHQ şəhid İbrahomov İmaməli Elman oğlunun yaşadığı Hovil kəndinə oldu. Bir sıra ziyalılar və şəhidin ailə üzvüləri çay masasında söhbət davam etdirdilər.  Şəhidin babası Dadaş nəvəsi ilə qürur duyduğunu bildirdi, anası və şəhidin yaxınları onun haqqında xoş xatirələri xatırladı.                                                                 XTQ-nin hərbiçisi “Qəssab” ləqəbli Samir Hüseynovun adına tikilmiş bulağda abadlıq işləri aparıldıqdan sonra şəhidin doğululub boya-başa çatdığı Vov kəndinə yola düşdük. İlk ziyarətimiz şəhidin məzarı ilə başladı. Şəhidin məzarında dualar oxundu, Allahdan bütün şəhidlərimizə rəhmət diləndi. Şəhid Samir Hüseynovun ailəsinə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə addımlandı. Samrin ailə üzvüləri, yaxınları və qazilər şəhidin keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar və məktəb və gənclik illəri xatırlandı. Şəhidin ev muzeyi ziyarət olundu.               
Yolumuz Ləkər kəndində yaşayan Sərhəd Qoşunlarının kiçik giziri TalıbovTəbriz Məhərrəməli oğlunun ailəsinə oldu. Qarabağ qaziləri,  bir sıra ziyalılar və şəhidin ailə üzvüləri ilə birgə çay masasında söhbət davam etdirdi, şəhid haqqında xoş xatirələr  anıldı. Sonra Lerikin ən ucqar kəndlərindən biri olan Bürsülüm kəndinə yola düşdük. Kəndin mərkəzində şəhid əsgər Şiriyev Rəşad Rasim oğlunun əziz xatirəsi üçün tikilmiş rəmzi olaraq Suqovuşanı əks etdirən və mərkəzində şəhid rəsmi çəkilmiş möhtəşəm bir abidəni ziyarət etdik. Şəhidin babası Qasım Şiriyev və əmisi Rahim Şiriyev Rəşadla fəxr etdiklərini, onun necə bir cəsur döyüşçü olmağından qürurla söhbət açdılar. Dəyərli ziyalılarımız qazilərlə birgə şəhid abidəsində abadlıq işləri apardılar və abidə kənarındakı güllər sulandı.                                                
“Qarabağ Azərbaycandır” verlişi  Piran kəndində Milli Ordunun giziri Cabbarov Vidadi Cəbrayıl oğlunun ailəsinin ziyarəti ilə çəklişlərini davam etdirdi. Ailə üzvüləri Vidadinin  məktəb illərindən, hərbi xidmətindən, keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar və övladları ilə fəxr etdiklərini bildirdilər. Söhbət çay masasında davam etdirildi.  
Xatırladaq ki, Lerik rayonu əhalisinin sayına  görə ən çox şəhid verən rayondur. Vətən müharibəsində 46 nəfər şəhidlik zirvəsinə ucalıb.   
 

QƏHRƏMANLAR UNUDULMUR!

Yeganə Telmanqızı               
“XeberTıme.az”




 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ