SON DƏQİQƏ

" Hər kəs məktəbə" adlı xeyriyyə tədbiri

Tarix:11-09-2022, 00:39

Sentyabrın 9 da Respublika  Müharibə, Əmək və Silahlı Qüvvələri  Veteranlar Təşkilatının iclas  zalında  Azərbaycan Respublikasının  Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev tərəfindən" Hər kəs məktəbə" şüarı altında xeyriyyə tədbiri  təşkil olunmuşdur.
Nərimanov rayon seçicilərinin, şəhid ailələrinin, qazı övladlarının, müharibə veteranlarının, məktəblilərin  iştirakı ilə keçirilmiş tədbiri Nərimanov rayonundan seçilmiş millət vəkili Adil Əliyev açaraq iştirakçıları salamladı. 
Sonra Dövlət himnimiz səsləndirildi. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş cəmi soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Adil Əliyev məktəblilərə təhsil həyatında uğurlar arzuladı və bildirdi ki bu günki tədbirdə qazı və şəhidlərimizin övladları, habelə 150 məktəbli  ilə yeni dərs ilinin başlanması ərəfəsində  görüşürük.
Siz məktəblilərin təhsil almaları,  yaxşı oxumaları və savadlı gənc nəslin yetişməsi həmişə Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyevin və  Birinci Vitse - prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
Natiq vurğuladı ki təhsil və təlim - tərbiyyə məsələsini hər bir vətəndaş,hər bir məmur özünün mənəvi borcu hesab etməlidir.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələri Veteran Təşkilatının sədri Cəlil Xəlilov çıxış edərək  hər zaman seçicilərinə diqqət və qayğı göstərən ,imkansız insanları sevindirən Adil Əliyevə təşəkkürünü  bildirdi.
Məktəblilər zəfər nəğməli vətənpərvər ruhlu şeirlər söylədilər.
Sonda 150 məktəbliyə məktəbli formaları, çantaları, dəftər,qələm, karandaş  və digər ləvazimatlar hədiyyə edildi.

Rauf İlyasoglu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ