SON DƏQİQƏ

Tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında “Qanun və icra” verlişi 10-cu mövsümünə başladı- FOTO

Tarix:13-09-2022, 08:55

Hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək "Dünya TV"-nin efirində canlı yayımlanan “Qanun və İcra” verlişi 10-cu mövsümünə start verdi.                                                             
Bu illər ərzində Azərbaycan Respublikası Vəkillər Kolegiyasının bir sıra üzvüləri, prokrorluq orqanlarında çalışan hüquqi şəxslər, vəkillər, hüquqşünaslar, mediatorlar bir sıra nüfuzlu ziyalılar Azərbaycan Respublikasının qanun məcəllələrini əsaslı şəkildə hüquqi baxışla müzakirə edərək öz tamaşaçısına çatdırmışdır. Verlişin aparıçısı tanınmış  hüquqşünas, bir sıra verlişlərdə huquq eksperti kimi çıxışlar edərək dəyərli məsləhətlər verən Əkbər Yusifoğlu daima tamaşaçısını hüquqi maarifləndirərək, qonaqlarla diskusya aparıb, verlişi geniş tamaşaçı  auditoryasına sevdirə bilmişdi. Bu günə qədər bir sıra vəkillər, hüquqşünaslar məhz “Qanun və İcra” verlişdə formalaşmış və təcrübələnmişdir.  Azərbaycan Vəkillər Kollegiyası ölkəmizdə vəkillik institutunun inkişafında mühüm rol oynamaqla bərabər, həm də artıq beynəlxalq arenada tanınır. Vəkillərin regionlarda fəaliyyəti təmin olunmuş vəkilin müştərisi ilə görüşməsi üçün bütün imkanlar yaradılmışdır. Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır Həm Kollegiya, həm də bütövlükdə hüquq ictimaiyyəti qarşısında onun xidmətləri danılmazdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun vəkillik sahəsində gördüyü işləri əvəzsizdir. Bu gün ölkədə vəkilliyin nüfuzunun artırılması üçün sistemli işlər görülür:  Peşənin tənzimlənməsi, qanunun aliliyi, insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsi Vəkillər Kollegiyasının ən mühüm missiyalarındandır.   
Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq məsul və şərəfli, yorulmaz fəaliyyətində hamımızın sevimlisi tanınmış hüquqşünas Əkbər Yusifoğluya və verlişin bütün komandasına bol-bol uğurlar və tamaşaçı sevgisi arzulayırıq.                                
Xatırladaq ki, verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ