SON DƏQİQƏ

Bu gündən yeni dərs ili başlayır

Tarix:15-09-2022, 08:37

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. 
XeberTıme.az xəbər verir ki, sentyabrın 15-də ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.
 
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
 
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
 
2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə gedəcək şagirdlərin sayı 158 297 nəfərdir. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.
 
Ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
 
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd edilməyəcək.

“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ