SON DƏQİQƏ

Tarix Yazan Sərkərdə

Tarix:26-12-2020, 18:42

Prezident İlham Əliyev: Biz xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər  tarixidir. 
Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. İlham Əliyevin dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində görülən işlər bunun əyani sübutu oldu. Onun rəhbərliyi ilə Azərbaycan dünya tarixində yeni gerçəklik yaratdı və tarixən Azərbaycana məxsus Qarabağ torpaqları hərb gücümüz sayəsində işğalçıdan azad edildi. Məkirli düşmənin bütün hiylə və  yalanlarının, hərbi gcünün tükənməsi üçün 44 günlük mübarizə kifayət etdi. Sirr deyil ki, Azərbaycan bu  zəfəri hərbi gücü sayəsində əldə edib. 
Onun rəhbərliyi altında böyük Azərbaycan  dövləti   siyasi və iqtisadi inkişafda mühüm uğurlar əldə etmiş, qabaqcıl islahatlara və müsbət dəyişikliklərə imza atmış və bu gün də bu yolda qətiyyətlə irəliləməkdədir.
Zəfər tariximizin qalib sərkərdəsi cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, səmərəli və məsuliyyətli dövlət fəaliyyətində uğurlar arzulayırıq!

59 yaşınız  mübarək cənab Prezident! 

Zaur Baxşəliyev                                                                                                    Əməkdar mədəniyyət  işçısı 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ