SON DƏQİQƏ

VƏTƏN AND YERİMİZ QÜRUR MƏNBƏYİMİZDİR" MÖVZUSUNDA GÖRÜŞ...

Tarix:19-09-2022, 23:12

Ağstafa rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə bir qrup veteran və qazilərimizlə "Vətən and yerimiz qürur mənbəyimizdir" mövzusunda tədbir keçirildi.Tədbirdə Agstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev , Əfqanıstan Veteranları İctimai birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyev,  müharibə veteranı Alı Mansırlı gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində görülmüş işlər və qarşıda duran məsələlər haqqında ətraflı çıxışlar etdilər. Tədbirdə  12 sentyabr 2022- ci il tarixdə təcavüzkar ermənistanın Azərbaycan respublikasının sərhədlərində yenidən təxribat törətməsinin qarşısınin Azərbaycan silahlı qüvvələrinin sayıqlığı və cəsurluğu sayəsində qətiyyətlə alındığı qeyd olunaraq bildirildi ki  bir daha dəmir yumruq düşmənin təpəsini əzdi.  Vətən müharibəsinin zəfərini daddığımiz kimi, acısını kədərini də yaşayırıq. Vətənimizi bütövləsdirmək onu düşməndən qorumaq , yolunda neçə- neçə igid oğullarımız öz canlarından keçdi , müqəddəs şəhidlik zirvəsinə ucaldilar. Tədbirdə qeyd olundu ki bu gün hər bir azərbaycanlı gənc vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla anır, onların qəhrəmanlıq nümunələrini daima yeniyetmə və gənclərimiz arasında təbliğ edirlər. Görüşdə erməni silahlı birləşmələri tərəfindən törədilmiş təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin dəfn mərasimlərində gənclərimizin izdihamlı iştirakının da böyük bir vətənpərvərlik nümunəsi olduğu bir daha qeyd olundu. 
Mirzahid Hacıyev                                                                          
Hərbi ekspert

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ