SON DƏQİQƏ

Sumqayıtda şəhidlər ehtiramla yad olundu- FOTOLAR

Tarix:28-09-2022, 07:45

Sumqayıtda sentyabrın 27-də Vətən müharibəsinin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
XeberTıme.az xəbər verir ki, Sumqayıtın Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi anılıb. Anım mərasiminmdə icra nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  
Saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.           
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xiiyabanı ziyarət edən rəsmi nümayəndələr, şəhər ictimayyəti və şəhidin ailə üzvüləri  şəhidlərin məzarı üstünə əklil və gül dəstələri qoyub, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib ruhuna dualar oxudular. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
 “XeberTıme.az”
            
                     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ