Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) təsisçisi və prezidenti Cəsarət Əhmədov və federasiyaın idmançıları, idmançı şagirdlər Vətən müharibəsində rəşadətlə döyüşmüş, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini sonsuz ehtiramla yad ediblər. Şəhidlərin məzarı üstünə əkillər və tər gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, Allahdan ailələrinə və yaxınlarına səbr dilənib.
Azərbaycan Qol Güləşi Federasiyasının təsisçisi və prezidenti Cəsarət Əhmədov “XeberTıme.az” analitik informasiya portalına müsahibəsində bildirdi:
- Yeganə xanım Azərbaycan Qol Güləşi Federasiyası olaraq biz hər zaman torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsini ehtiramla yad edirik. Şəhid ailələrinə diqqət göstərmək hər birimizin vətəndaşlıq borcudur. Şəhid ailələrinin yaxınları onlara daim qayğı ilə yanaşan ölkəmizin başçısı Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına yüksək diqqət və qayğısı əsirgəmir. Bizdə sahəsindən, peşəsindən aslı olmayaraq cənab prezidentimiz İlham Heydər oğlu Əliyevin ətrafında daha da sıx birləşərək dövlətimizə dəstək olmalıyıq. Hər birimizin vətəndaşlıq borcudur ki, daima şəhid ailələrini ziyarət etsin.
44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə bərpa etdi. Azərbaycan xalqı öz qəhrəman övladlarını qəlbində əbədi olaraq yaşadacq və onların xatirələri əsrlər boyunca hər gün, hər saat anılacaq. Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Yeganə Telmanqızı
“XeberTıme.az”