SON DƏQİQƏ

Sumqayıt şəhər Z.S.Hacıyev adına 17 nömrəli tam orta məktəbin şagirdləri şəhid və qazi ailəsini ziyarət etdi- FOTOLAR

Tarix:4-10-2022, 09:35

Məhbubə  Bağırova - Qəhrəmanlar heç zaman unudulmurlar!  

Sumqayıt şəhər Z.S.Hacıyev adına 17 nömrəli tam orta məktəbin şəhid Nadir Rzayev adını daşıyan 4 a sinifinin rəhbəri Tərlan Babayeva və sinif şagirdləri, bir neçə valdeyn Vətən müharibəsi  qazisi Rəvan Əzizovun ailəsini ziyarət etdilər.                       
Ailələrin ziyarətində Vətən müharibəsindən, şəhidlərin və qazilərin şücaətindən, keçdikləri şərəfli döyüş yolundan söhbət açdılar. Vətən müharibəsi qazisi Rəvan Əzizov şagirdlərlə bir-bir görüşərək tanış oldu. Qazi məktəb illərinin xoş xatirələrindən söhbət açaraq, döyüş yolundan danışdı. Uşaqlar şəhidlərə, müharibəyə, bayrağa aid bir-birindən gözəl seirlər söylədilər.


Sumqayıt şəhər Z.S.Hacıyev adına 17 nömrəli tam orta məktəbin direktoru Rəna Rufallayevanın adından Vətən müharibəsi iştirakçısı, qazi  Rəvan Əzizova  “Məkətəbin fəxri qonağ”ı təşəkkürnaməsi  təqdim olundu. Maraqlı keçən görüş şirniyyat süfrəsində davam etdirildi.  

                                                            
Şagirdlərin ikinci ziyarəti Vətən müharibəsi şəhidi gizir Niyaməddin Ələkbərovun ailəsinə oldu.


Burada şagirdlər şəhid şəxsi əşyalarından və şəkillərindən ibarət ev muzeyi ilə tanış oldular və ev muzeyinə sinif adından şəhidin həyatından və döyüş yolundan bəhs edən fotolardan ibarət qələbəmizin rəmzi olan “Xarı Bülbül” maketini təqdim etdilər.

Uşaqlar şəhidlərə, müharibəyə, bayrağa aid  seirlər söylədilər. Niyaməddinin anası Xavər xanım, bacıları Gülşən  xanım və Eminə xanım göz yaşlarını saxlaya bilmədilər şəhid gizir Niyaməddin haqqında xoş xatirələrədən, uşaqlıq və məktəb illərindən, hərbi xidmətdəki illərindən, keçdiyi şərəfli döyüş yolundan, vətəninə, xalqına böyük sevgisindən danışdılar. Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə ölümündən sonra Ələkbərov Niyammədin İsrafil oğluna  “Vətən uğrunda”, “Vətənə xidmətə görə” ordeni 3-cü dərəcəli, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir. Uşaqlar bu medallarla tanış oldular və gələcəkdə Niyaməddin  və onun simasında olan şəhid oğullar kimi mərd, cəsur, Vətənini sevərək qoruyacaqlarına söz verdilər.                                     


Maraqlı keçən görüş şirniyyat süfrəsində davam etdirildi.                                          

Şəhid Niyaməddin Ələkbərov adına 2b sinfinin rəhbəri Məhbubə Bağırova fikirlərini “XeberTıme.az”-la bölüşdü:                                                        
- Yeganə xanım qəhrəmanlar heç zaman unudulmurlar! Dərs dediyim və rəhbəri olduğum Sumqayıt şəhər Z.S.Hacıyev adına 17 nömrəli tam orta məktəbin Niyaməddin Ələkbərov adına 2b sinfinin şagirdləri ilə hər gün şəhidləri və qaziləri xatırlayırıq. 


27 sentyabr anım gününü sinifimizdə qeyd etdik.

 
Mütamadə olaraq müqəddəs yerimiz olan Şəhidlər Xiyabanını ziyarəət etdik. Böyüməkdə olan nəslə onları tanıtmalıyıq, sevdirməliyik.

 
Vətən müharibəsinin ən gənc qazisi Rəvan Əzizovu ziyarət etdik, uşaqlar ona onları maraqlandıran, müharibədə baş verən hadisələr haqqında müxtəlif  suallar verdi, qazimizdə hamsını səbrlə dinləyib çox gözəl şəkildə cavablarndırdı. Onlar bizim canlı şahidlərimizidır.                    
Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sədaqətdi. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgilərlə danışırlar. Müharibə tariximizin bir səhifəsi də 2020-ci ilin  Vətən müharibəsi döyüşləridir, bu döyüşlərin qəhrəmanlarıdı qalibləridir, şəhidlər və qazilərdir. Şəhidlər unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin. 
Xatırladaq ki, sinif adından qazi ailəsinə ərzaq  yardımı və maddi dəstək olundu.              
Sonda xatirə fotoları çəkildi.                                                       
Ailələrə ziyarətin təşkilinə görə 2b və 4 a sinifinin valdeynlərinə təşəkkür edirik.  



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“XeberTıme.az”   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ