SON DƏQİQƏ

Tanınmış hüquqşünas Əkbər Yusifoğlu müəllimləri təbrik etdi

Tarix:5-10-2022, 10:45

“Qanun və İcra” verlişinin aparıcısı, tanınmış hüquqşünas Əkbər Yusifoğlu 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil işçilərini təbrik edib.
Əziz müəllimlər, Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!  Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.                                      
Respublikamızın intellektual potensialının gücləndirilməsi, gələcək nəslin inkişafı yolunda göstərdiyiniz fədakar işlərinizdə daima yolunuz açıq olsun.
Bizə qələm tutmağı, yazıb, oxumağı öyrədən fədakar müəllimlərimizə Allahdan can sağlığı, dünyasını dəyişən müəllimlərimizə rəhmət diləyirik! 

“XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ