SON DƏQİQƏ

SEVİNDİK NƏSİBOĞLU İLƏ MÜSAHİBƏ

Tarix:7-10-2022, 21:31

SEVİNDİK NƏSİBOĞLU İLƏ MÜSAHİBƏ
Əziz oxucularım, haqqında söhbət açacağım yaradıcı gəncin poeziyasını, maraqlı çıxışlarını çoxdan izləyirdim. Onun gündən-günə inkişaf edən ədəbi uğurları məni çox sevindirirdi. Belə yaradıcı gənclərimizə olan sevgimdən onunla görüşmək istəyimi reallaşdırmaq istədim və buna nail oldum.
Bu görüşdən aldığım təəssüratlarımı sizinlə bölüşməyi lazım bildim….
—Sevindik Nəsiboğlu kimdir?
—Mən, Əliyev Sevindik Nəsib oğlu 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olmuşam. Əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənik. Hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbin 9-cu sinfində oxuyuram.
–Həm də bildiyim kimi dərs əlaçısısan?
–Bəli. Yazıb oxumağa həvəsim hələ beş yaşımdan olub. Həm də kompüter proqramlarını öyrənmişəm. Bu, sonralar mənim vikipediya vasitəsilə bir çox məlumatları toplamağıma yardımçım olub.
–Səni ən çox hansı məlumatlar maraqlandırırdı?
–Azərbaycanımızın keçmişi, tanınmış şəxsiyyətlərimiz, sərkərdələrimiz, zənətkarlar, şair və yazıçılarımız……
–Və sən oxuyub öyrəndiklərini yazmağa başladın….
—Bəli, elə həmin vaxtlardan kiçikhəcmli hekayələr, şeirlər yazmağa başladım. Artıq 500-dən çox şeirim və 100-dən çox publisistik məqalələrim var.
—Şeir və yazılarının əsas mövzusu hansı sahələri əhatə edir?
–Əsasən Vətən,torpaq həsrəti təşkil edir.
–Mətbuatda yazıların nə vaxtdan dərc olunur?
–2015-ci ildən şeirlərim”Abşeron təhsili”, ”Respublika xəbərləri”qəzetlərində, ”Söz”,”Kəpənək”,”Göy qurşağı” və s.jurnallarda dərc olunub. Milli Radiomuzun “Navalça”, televiziya kanallarımızın ”Pillə”,”Çıxış yolu”, “Məhəbbət nəğmələri”,”Qarabağ Azərbaycandır” verilişlərində şeirlərim səsləndirilmişdir…
–Bildiyimiz kimi, sənin yazıların Azərbaycan Milli Kitabxanasının Elektron Kataloqunda onlayn oxumaq üçün də yer almışdır.Bu haqda nə deyərdin?
— Doğrudur, müəllifi olduğum 5 kitab, 160-dan çox publisistik məqalə və araşdırmalarım dediyiniz ünvanda yer alıb.
–Sevindik, yəqin ki, bu yaşda qazandığın uğurların öz qiymətini, dəyərini də almamış deyil…..
—Mən dəfələrlə müxtəlif tədbirlərin iştirakçısı və mükafatçısı olmuşam. Bele ki, Abşeron rayon Təhsil Şöbəsinin keçirdiyi ictimai-kütləvi tədbirlərdə çıxışlar etmiş, məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomlarla təltif olunmuşam. 2017–ci ildə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc İstedad” fəxri diplomuna, 2019-cu ildə ”Asiya–fakt” İnformasiya Agentliyinin” Sizi tanıyaq” layihəsində iştirakıma görə.uşaqlar arasında” Ən yaxşı yazar”diplomuna və “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad”diplomuna layiq görülmüşəm. Belə ki,”Zəfərin nişanəsi”adlı şeirim l yerə layiq görülərək Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılmışam.
–“Sənə Zəfər yaraşır”müsabiqəsində də iştirak etmiş olarsan….
–Bəli, həmin məqaləm Respublika UGIM üzvləri arasında lll yerə layiq görüldü….Bu qədər saysız hesabsız təltiflər, mükafatlar səndə arxayınçılıq yaratmadı ki?
–Əksinə, mən öz üzərimdə daha məsuliyyətlə çalışmağa başladım…
2018-ci ildə ”Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeirlər kitablarım, 2020-ci ildə”Ulu Naxçıvanım” adlı publisistik, ”Könüllərə yol gəzirəm” adlı şeir kitablarım və şəhidlərimizə həsr olunmuş ”Möhtəşəm Zəfərin Nişanəsi” (2021) adlı kitabım nəşr edilmişdir.
–Sən həm də ”Kredo” qəzetinin redaksiya heyətinin üzvü olmaqla, ən gənc ictimai müxbirisən. Məncə, 2019-cu ildən bu qəzetin üzvü, 2021-ci ildən AJB-nin də üzvüsən…
—Sevindik, mənə məlumdur ki, sən Vətən müharibəsi qurtarandan bu günə kimi vikipediyada 565 şəhidimiz haqqında səhifə açaraq, şəhidlərimiz qarşısında mənəvi borcunu yerinə yetirməklə onların ailələrinə dəstək olmusan. Onların təskinlik tapmalarına nail olduğuna görə özünü xoşbəxt hesab etmisən….
–Əlbəttə, 44 gün davam edib möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin ilk anlarından başladığım və 11 aya yazdığım kitabda işğaldan azad edilmiş, kəndlərimizə, şəhərlərimizə, yaşayış məntəqələrimizə, qəhrəman şəhidlərimizə, müzəffər Azərbaycan əsgərinə, qazi və mərd, qeyrətli döyüşçülərimiz barədə şeirlər, məqalələr yazmaqla kütləvi tədbirlərdə bu mövzularda söylədiyim nitqləri, şəhidlərimiz barədə vikipediyada açdığım səhifələri müqəddəs Zəfərimizin ildönümündə – 2021-ci ildə ”Möhtəşəm Zəfərin Nişanəsi” adı ilə 1 cild, 708 səhifə olmaqla kitab halında çap etdirmişəm. Bu kitabı Şəhidlərimizin müqəddəs ruhuna hədiyyə olaraq respublikamızın 60-dan çox rayonundakı şəhid ünvanlarına göndərmişəm.
Söhbət əsnasinda masanın üzərindəki yazılar diqqətimi cəlb etdi..
–Bunlar həmin kitabımın – 2-ci cildinin davamıdır, - dedi … bu günkü qəhrəmanım
—Sevindik, sənin ədəbi-bədii yaradıcılıq uğurlarını müntəzəm izlədiyimə görə səninlə görüşmək mənim üçün maraqlı idi. Və bu kitabının yüksək səviyyədə keçirilən təqdimatlarını sosial şəbəkələrdə izləmişəm…..
—Bu il Bakıda həmin kitabımın təqdimatı F.b.Köçərli adına kitabxanada, Yasamal rayon müharibə veteranları birliyində, bölgələrin 7 rayonunun sakinlərinin iştirakı ilə Şəki şəhərində H.Əliyev mərkəzində şəhid ailələrinin və məktəbli gənclərin iştirakı ilə keçirildi. Təqdimatda respublikamızın tanınmış alimləri, şəhid valideynləri öz gözəl fikirlərini söyləmişlər….
—Sevindik, sənin bitib tükənməyən uğurların həm bir müəllim kimi, həm bir jurnalist kimi, həm də bir sosial şəbəkələrin izləyicisi kimi məni ürəkdən sevindirir. Sən və sənin kimi bir neçə yaradıcı gənc var ki,sizinlə fəxr edir və qürur hissi keçirirəm.(Güman ki, onlar haqda da növbəti yazılarım olacaq…)Bütün uğurlarında şübhəsiz ki, valideynlərinin də rolu böyükdür. Onlar haqda məlumat verə bilərsən ?
–Atam Əliyev Nəsib Salah oğlu qeyd etdiyim kimi, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur.ADU-nun hüquq fakültəsini bitirib. Uzun müddət daxili işlər orqanlarında çalışmışdır.Qarabağ müharibəsi veteranı, istefada olan polkovnikdir. Hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Anam-Həsənova Vüsalə Saleh qızı Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur, tibb işçisidir…. Bacım Tərlan da ADU- nun hüquq fakültəsini bitirib…. İmtahanlarını müvəffəqiyyətlə verib, vakant yer olmadığından hazırda işləmir.
–Ot kökü üstə bitər demiş babalar..İndi qətiyyətlə demək olar ki, istedadın geni məlum!! Atanın peşəsi, Tərlanın da atanın yolunun davamçısı olması sənin mövqeyinin istiqamətini aydınlaşdırdı…
–Gələcəkdə şübhəsiz ki, ədəbi yaradıcılığınla yanaşi hansi sahəni seçməyi arzulayırsan?
–Ən böyük arzum diplomat olmaqdir…
Nəhayət, gələcəyin diplomatı olacaq gənc yazarımla müsahibəmi bitirirəm……
–Sənə bütün istəklərinə çatmaqda yeni-yeni uğurlar arzulamaqla diplomat kimi növbəti görüşümüzədək sağollaşıram…

Söhbətləşdi: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki ” Xarıbülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM və SİM İB-in Fəxri üzvü.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ