SON DƏQİQƏ

50 ildən sonra "Görüş"

Tarix:11-10-2022, 10:19

14 sentyabr 2022-ci ildə Azərbaycan Tibb Universitetinin ( o vaxt  N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu adlanırdı) 1972- ci il məzunlarının yarım əsrdən sonra tarixi "Görüş- toplantısı" keçrilmişdir. Toplantıya ölkəmizin demək olar ki, bütün bölgələrindən o cümlədən hazırda Türkiyə, Rusiya, Gürcüstan və s. yaşayıb işləyən məzunlar qatılmışdır. Görüş ilkin olaraq Şəhid olmuş Tibb Universiteti məzun və tələbələrinin ( onlardan 3 nəfəri Azərbaycanın Milli Qəhramanıdır) abıdəsinin ziyarəti və əkillərin qoyulmasl ilə başlamışdır. Sonra məzunlar düz 56 il əvvəl 1966- cı ilin 1 sentyabrında ilk dərs keçdikləri Anatomiya kafedrasının əzəmətli yarımdairəvi auditoriyasında həmin ildə onlara Anatomiya dərsi demiş   müəllimləri  profesor Rafiq Əsgərov, həmin kafedranın professoru Mübariz Allahverdiyev iştirakı ilə yenidən "tələbə" oldular.Görüşü ATU- prorektoru, ə. e. x., professor Sabir Əliyev açaraq toplantıda iştirak edən məzunları,ixtisasca həkim olan Millət Vəkilləri Musa Quliyevi, Sədaqət Vəliyevanı, AzTV və KİV nümayəndələrini, digər qonaqları salamlamladıqdan sonra ATU- rektoru professor G.Gəraybəylinin təbrikini çatdırd və "Doğma Unversitetinizə xoş gəlmisiniz" deyərək məzunlara müraciət etdi. Söz bu tarixi - unudulmaz, möhtəşəm görüşün keçrilməsi üçün yaradılmış Təşkilat qrupunun rəhbəri, t.ü. f. d., dosent, əməkdar həkim, Qarabağ müharibəsi veteranı həmin ilin məzunu Taryel Eyvazova verildi. O, bildirdi ki, 1972- ci ildə 930 nəfər məzun olmuşdur. Onların arasında çoxsaylı elmi işçilər, yüksək vəzifə sahibləri olmuş və hazırda da vardır.Bununla yanaşı məzunlarımızın ölkəmizin bütün bölgələrində, xüsusilə ucqar yaşayış məntəqələrində Hipokrad andına sadiq göstərdukləri praktik həkimlik fəaliyyətləri ən yüksək təqdirə layiqdir.
T. Eyvazov tədbir barədə "Xatirə Kitabı"nın da hazırlanacağını bildirdi.

Çıxış edən məzunlar ə.e.x., professor, Qalib Qarayev, Bakı Baş Səhiyyə İdarəsinin sabiq rəisi, əməkdar həkim Elmira Əliyeva, Tərəqqi medalı mükafatçısı Məhəbbət Qəmbərova, hazırda Moskva şəhərundə həkim işləyən Nailə Ələkbərova, şair- publisist Zakir Ağdamlı, Naxçıvandan Ələkbər Zeynili, Sumqayıtdan Əlikişi Məmmıdov, respublikanın əməkdar həkimləri Şəkidən Kifayət Həmidova, Qubadan Cabir Məmmədov, Lerkdən Etibar Həşimov, Naxçıvandan Mirkamal Seyidov və digərləri bu "Unudulmaz Gün" üçün Universitet rəhbərliyinə və təşkilat qrupuna, xüsusilə Taryel Eymazova öz minnətdarlıqlarını çatdırdılar və bu günün hər il keçrilməsi arzusunu bildirdilər.Sonda birlikdə xatirə şəkili çəkdirildi.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ