"Qanun” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
15.10.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” verlişində Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi “Şəxsi toxunulmaz” mövzusu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-24-ci maddələrini əhatə edən “Nigaha xitam verilməsi” mövzusu eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsini əhatə edən “Ər və arvad maddi hüquq norması” mövzusu ilə bağlı fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparıldı.
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldıə. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Mətanət Ağamirli- Teleaparıcı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.
2. Əli Zamanov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
3. Xəyalə Quliyeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Verlişin informasiya dəstəyi “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az