SON DƏQİQƏ

TEYMUR ƏHMƏDOV YÜZ YAŞA

Tarix:28-12-2020, 01:09

Teymur Əhmədovun 90 illik yubleyi qeyd olunduXeberTıme.az  xəbər verir ki, dekabrın 25-də  "Respublika " qəzetinin baş redaktoru, Əli bəy Hüseynzadənin təsis etdiyi və baş redaktoru olduğu " Füyuzat " jurnalını 100 ildən sonra yenidən davam etdirən   görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru , professor dostumuz Teymur Əhmədovu 90 illik yubileyi münasibəti ilə təbrik etdik. 10 ildən çoxdur ki, bu qəzetlə əməkdaşlıq edirdim. Son iki il ərzində “Həkəri” qəzetini  gücləndirdim   və Həkəriyə qovuşduq. 
Qəzetdə məsul katibin müavini işləyərkən Teymur Əhmədovun 80 illik yubileyində  yazdığım və baş hərflərinə diqqət yetirsəniz  "TEYMUR ƏHMƏDOV YÜZ YAŞA" başlıqlı  şeirimi yenidən sevimli  oxuculara  təqdim edirəm;

TEYMUR ƏHMƏDOV YÜZ YAŞA
 
Tanrı səni qorusun, dağlarımın sağ oğlu , 
El içində böyüdün, xalqın üzüag oğlu .
Yolların calın- çarpaz , çətin sədlər keçmisən,
Məramın xalqa xidmət , düz yolunu seçmisən.
Uca dağlar aşaraq zirvələrə çatmısan, 
Raufun da dərdini öz dərdinə qatmısan.
Əməyin hədər getməz, tarixlər boyu yaşa, 
Hər əsərin bir ömür, asan gəlməyir başa.
Mərdliyindən insanlar qürur hissi duyurlar, 
Əlçatmaz o zirvədən bəhrələnib doyurlar.
Dogmalartək sevinər, səni görən hər kişi , 
Oğlun Fərhad əməldə sübut etdi hər işi
Var xalqımın mübariz, qorxmaz, mərd oğulları,
Yazdığın əsərlərdir, zəhmətinin nubarı.
Üzü nurlu, şimalı, müdrik fikir söyləyir , 
Zaman sınağa çəkir, dünya malın neyləyir? 
Yaratdığı xəzinə, qanıyla yorulubdu, 
Azad vətən yolunda , məşəltək dogulubdu..
Şair yazar ürəkdən qalsın elə yadigar ,
Adı qalar insanın, əssə də acı rüzgar .

Rauf İlyasoğlu                                                                                               
"Dostlara dost töhfəsi" kitabı                                                           
2009-cı il, səhifə 13.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ