SON DƏQİQƏ

Ruhun şad olsun şəhid bacısı

Tarix:28-12-2020, 02:26

Həqiqət xala, şəhid qardaşların uyuyan torpaqlar işğaldan azad oldu. Allah sənə rəhmət eləsin Həqiqət xala. Bir neçə ay da yaşasaydin , igid qardaşların   Allahverdi və Eldar  Bağırovların  Ağdamda uyuyan  məzarını ziyarət edərdin . Qürurlu mərd  insan. Ruhun şad olsun.Hər gün dekabrın 27 - də yığışardıq sənin ad gününə.
Döşəməli plovun dəm alardı. Hər kəs də sənin kimi  səliqəli süfrə aça bilməzdi.
 Bu gün də  doğmalar  yığışmışdıq sənin evinə.  . Ad günündə bir sən yox idin.Övladların sənin adına layiq  gözəl süfrə açmışdılar. Yerin necə də  görsənirdi. Çox duygulandıq ,elə hey səni xatirladıq. 
İgid sərkərdə Allahverdi və Eldar Bağırov qardaşları  haqqında yazdığım məqalələri şeirləri necə də səliqəli saxlayar, köks ötürərdin. 
Məğrur ,  cəsur qardaşların vətən yolunda canlarını qurban  verdilər. Göz yaşların qurumadı. Qardaş deyərək çox sızladın. Ağlamaqdan gözlərin də zəifləmişdi.
Dünya elmindən çox  məlumatlı, savadlı, kübar xanımlardan idin. Üzündən nur yağırdı. Abır həya rəmzi idin.Səni hamı çox istəyirdi. Çünki məsləhət yerimiz sən idin.
Bakıda tibb texnikumunu fərqlənmə diplomu ilə bitirmişdin. Ailə qurduqdan sonra təhsilini davam etdirə bilməsən də, həkimlərdən çox bilirdin.Necə - neçə körpə uşaqları öz şəfalı əllərinlə sagaltmisdın. Hamı sənə hörmətlə yanaşırdı.
1993 - cü ildə  Ağdam şəhəri erməni- rus hərbi birləşmələri tərəfindən  işğal olunduqdan sonra  Bakıda yaşayan qızının evinə gəlmişdin.
Bir müddət ana - bala kimi mehriban  yaşadıq.  Bu mehribançılıq bizdən ayrılan günə qədər davam etdi.
Məni övladlarından ayırmırdın.
Sonradan Binəqədi rayonundakı  yeni mənzilinizə köçsəniz də yenə də uşaqlarımın istəkli sevimli nənəsi olaraq  səni darıxmağa qoymazdıq. 
Arzun Ağdamı girmək, qardaşlarının məzarını qucaqlayaraq doyunca ağlamaq idi.
Bir neçə ay da yaşasaydin Qələbə qazandıgımızı görərdin.Ata yurdun Ağdamın, Qubadlının ordumuz tərəfindən işğaldan azad olunmasına cox sevinərdin.
Həmisə söhbət düşəndə deyərdin: Bu ermənilərə etibar yoxdur. Rus kömək etməsə  Azərbaycanın mərd oğulları düşməni məhf edər. 
Köçkün həyatı ilə heç barismazdın.
Cox açılar yaşadın.
 1990 cı ildə ömür- gün yoldaşın baş zotexnik işləmiş Şura Muxtar oğlu Məmmədov 20 Yanvar faciəsinə,  erməni 
haqsızlıgına dözmədi.
Bakıdakı 4 nömrəli xəstəxanada həkimlərin nasiligı da  özünü göstərdi.  Böyük qızının toyunu görmək ataya qismət olsa da nəvə görmək ona qismət olmadı.
 Ailənin ağırlığı qürurlu ananın  üzərinə düşdü .
 Beş övladını vətənpərvər ruhda  böyütdün .Oğul evləndirib, qız köçürdün.
 Övladlarını, nəvələrini  görərkən göz yaşlarını gizlədərək  silərdin.
 Səni  darıxmağa qoymazdıq.
Ruhunuz  şad olsun. Məkanın cənnət olsun.
Rauf İlyasoğlu.

Nənələr
 
Həsrət qaldıq, hanı o şirin dillər? 
Əzizlərdi nəvələri nənələr,
Nə tez ötdü, bol- bəhrəli o illər,
Nəvələri çox istərdi nənələr.
 
Gecələri qısılardıq  yanına, 
Hər kəlməsi yayıılardı canıma , 
Qadan gəlsin bu nənənin canına ,
Əzizlərdi nəvələri, nənələr.
 
Bol  nemətdə   dad,  bərəkət var idi, 
Çox mehriban dolanardıq əvvəllər .
Hər bir işdə bir hərəkət var idi , 
Sevinərdi, həm gülərdi, nənələr.
 
Oxşayardı nəvələrin boyunu,
Gecələri sanki oyaq qalardı.
Qurban deyər o qara qoç qoyunu , 
Aclıq ilin hərdən yada salardı.
 
Yağış yağar,  hərdən də yel ötərdi , 
Yatanda biz üstümüzü açardıq . 
Yorqanı  tez   belimizə örtərdi.
Səhər durub bağ baxçaya qaçardıq.. 
 
Təsbeh ilə  ,nənəm dua edərdi .
Yıxılanda üzərlik yandırardı .
Göz dəyməsin nəvələrə deyərdi , 
Anam qədər  bizə can yandırırdı.
 
Oxşayardı nəvələrin boyunu, 
Soyuq dəyər, qalın geyin,  deyərdi, 
Nəvələrə kim acı söz desəydi, 
Açıqlanıb o kəsləri söyərdi.
 
Altmış yaşa çatıb indi nəvələr, 
Nəvəm məni görsə deyir ay  dədə, 
Niyə gəlmir bizə bir də nənələr , 
Nə demişəm, bəlkə  küsüb, oy dədə?
 
Nəvəm qanmır, nənəm köçüb dünyadan,
Axı bizə nağıl kim söyləyəcək, 
Qonşu uşaq topu verməsə mənə, 
Nənəm  onu   kötəkləyib döyəcək. 
 
Nənələrin qədrin  bilin ay  bala.  
Böyüyərsən, sən də nənə olarsan.
Nənəm gələ  mənə   şirniquş ala , 
Köks ötürüb yəqin bir vaxt dolarsan.
 
Allah bizi göndəribdi əmanət, 
Nəvələrə qurban olsun dəvələr, 
Şərəflə sən yaşa, etmə xəyanət, 
Xəyallara köçüb indi  nənələr.
Xəyallara köçüb indi nənələr.


Rauf İlyasoğlu                                                                                                    
08 iyul 2020                                                                                                  
Səhər saat 8-00.

Başına dönüm

Məni tənha qoyma, bir daha ömrüm,
Qoyma pərvanə tək yanıb tez sönüm.
Sənsiz ahu-  zarla keçər hər  günüm, 
Mənim ömrüm, günüm, başına dönüm.
Canım sənə qurban, ay ömrüm- günüm .

Ağrını mən çəkim sən yaşa, gözüm, 
Sənsən ürəyimdə söhbətim sözüm, 
Səndən ayrı qalsam, bəs necə dözüm? 
Mənim ömrüm-  günüm başına dönüm.
Canım sənə qurban, ay ömrüm-günüm.

Bilirəm, məğrur bir ana itirdin, 
Allah dərgahına pənah gətirdi , 
Çətin anda özünü tez yetirdin, 
Unutmaq çətindir ,ay ömrüm - günüm, 
Məni tənha qoyma başına dönüm.

Çörəyin təhnədə qalıb qup-;quru, 
Rəbbim  köməy olsun,  , özünü qoru, 
Qəlbindən gəl çıxart nisgili, qoru,
Bulud tək dolsan da  ay ömrüm- günüm, 
Bizi tənha qoyma, başına dönüm 

Övladların, yolumuzu  gözləyir, 
Nəvələri bəs de kim əzizləyər?
Rauf səni ömrü boyu gözləyər, 
Gəl xoşbəxt yaşayaq ay ömrüm günüm,
Məni tənha qoyma, başına dönüm,

Rauf İlyasoğlu
18 iyul 20:22


Torpaq və vətən

Torpaq müqəddəsdir, 
Hər şeydən öndə, 
Tapşırın torpağa, 
məni, öləndə .

Torpaqda uluların, 
 Cismi ,canı uyuyur.
İgidlərdir hər zaman, 
Torpağımı qoruyur .

Torpaq bizi bəsləyir, 
Torpağı əkmək gərək. 
Bol bəhrəli məhsulu, 
Zəhmət çəkərək dərək.

Vətən yolunda ölmək, 
Şəhid olmaq deməkdir.
Yeni doğulan körpə, 
Vətən, vətən deməkdir.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ