SON DƏQİQƏ

Qarabağ zəfərinə həsr olunmuş "Qardaş Ölkələr" adll silsilə sərginin açılışı oldu- FOTO

Tarix:2-11-2022, 15:37

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər Evi, Suraxanı Rayon Gənclər və İdman İdarəsi ,Kuzey Kıbrıs Türk Cumhuriyyeti Bakı təmsilçiliyinin dəstəyi ilə 1 Noyabr saat 10:30-da Suraxanı rayon Gənclər Mərkəzində Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyinin mədəniyyət və təhsil ateşesi Tevfik Ulualın Qarabağ Zəfərinə həsr olunmuş "Qardaş Ölkələr" adlı silsilə sərgisi təşkil olundu və 44 əsəri sərgilənirdi . Xatırladaq ki, sərginin layihə rəhbərləri Elnurə və Aygün İsgəndərovalar idi. Öncə Azərbaycan və Türkiyə dövlətlərinin dövlət himni səsləndirildi. Torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sərgini giriş sözü ilə açan Elnurə İsgəndərova Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyinin mədəniyyət və təhsil ateşesi, məhşur fotoqraf Tevfik Ulualın silsilə sərgilərinin böyük maraqla qarşılandığını bildirdi. Çıxış üçün söz Suraxanı rayon icra başçısı Əziz Əzizov cənablarına verildi. Gələn qonaqları salamlayıb sərginin Suraxanı Gənclər Mərkəzində təşkil olunmasının təqdirə layiq olduğunu bildirdi. 
Çıxış edənlərdən Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova  ,  Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri  cənab Cahit Bağçı, Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçisi Ufuk Turguner, Xalq rəssamı , professor Arif Hüseynov çıxışlarında sərginin qardaş ölkələrin birliyinə böyük töhfə olduğunu bildirdilər . Tevfik bəyə yaradıcılıq uğurları arzuladılar. Eyni zamanda sərgidə Suraxanı Gənclər Mərkəzinin dərnək müəlliməsi, ARİ-nin üzvü, El Art Studiyanın rəhbəri Elnara İsgəndərovanın tələbələrinin zəfərə həsr etdikləri əsərlər də sərgilənirdi. Sərgidə müxtəlif media nümayəndələri iştirak edirdilər.  Sonda əməyi olan bir qrup əməkdaş Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyi adından və Suraxanı Gənclər Evi adından  diplomlarla təltif olundular. Sərgi 5 gün izləyicilərə açıq olacaq.

Xüsusi müxbir : Aygün Oqtay
Fotoqraf : Mahir Əhmədov









FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ