SON DƏQİQƏ

“Uşaq hüquqları aylığı” adlı tədbir keçirilib- FOTO

Tarix:5-11-2022, 17:22

”Ailə Dünyası”Ailələrə Hüquqi Yardım İctimai Birliyi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab Nümayəndəliyi ilə birlikdə  “Uşaq hüquqları aylığı” adlı tədbir keçirtdi.                                    ”Ailə Dünyası”Ailələrə Hüquqi Yardım İctimai Birliyi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab Nümayəndəliyi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyininh maliyyə dəstəyi ilə Zərdab rayonunbda fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzinin   Sağlamlıq İmkanları Məhdud Uşaqları üçün Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” “Zəfər Günü” ilə bağlı tədbir keçirdilər. 
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Zərdab rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin rəhbəri Ləman Səfərəliyeva,   Zərdab rayon  İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Mübariz Quliyev və Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filalının əməkdaşı Eldar Xəlilov və Sağlamlıq İmkanları Məhdud Uşaqların valideynləri  iştirak etdilər. 
 
Tədbirdə iştirakçılara  uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü barədə ətraflı məlumatlar verdi. 
Tədbirdə Sağlamlıq İmkanları Məhdud Uşaqlar hazırladıqları “Qoğal” tamaşasını göstərdilər, daha sonra Zəfər Gününə həsr etdikləri mahı, şeir və rəqs nümayiş etdirdilər.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ