SON DƏQİQƏ

"Zəfər bizimdir" adlı tədbir təşkil olunub – FOTO

Tarix:8-11-2022, 10:49

“XeberTıme.az”  Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində "Zəfər bizimdir" adlı Zəfər Gününə həsr olunan tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Əvvəlcə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsi və Zəfər Gününün təsis edilməsi haqqında geniş məlumat qonaqların diqqətinə çatdırılıb. Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında səsləndirilən musiqi nömrələri ilə davam etdirilib.
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ