SON DƏQİQƏ

Bu gün Azərbaycanda vəkillər peşə bayramını qeyd edir

Tarix:28-12-2020, 10:58

Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda Vəkil Günü peşə bayramı kimi qeyd olunur
XeberTıme.az xəbər verir ki, bu tarixi Sərəncama, eləcə də dövlətimizin başçısının vəkillik institutuna göstərdiyi yüksək qayğı və etimada görə Vəkillər Kollegiyasının üzvləri və bütün vəkil korpusu adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bu, ölkədə vəkilliyin nüfuzunu daha da artıracaq. Vəkillər tərəfindən böyük sevinclə qarşılanan bu Sərəncam vəkillərin həyatında xüsusilə əhəmiyyət kəsb edir. Vəkillər artıq həmin tarixi peşə bayramları kimi qeyd edəcəklər. Həmin gün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, dekabrın 28-də ölkəmizin bütün vəkil qurumlarında ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək. Bütün aztəminatlı, imkansız, hüquqi yardıma ehtiyacı olan şəxslər həmin gün Vəkillər Kollegiyasının Bakıda və regionlarda yerləşən qurumlarında keyfiyyətli, peşəkar pulsuz hüquqi yardıma çatımlılıq əldə edəcəklər. Bu yolla vəkillər vətəndaşlarımıza xidmət göstərir, onların ehtiyaclarını ödəyir, problemlərinin həllində töhfə verirlər. Ölkəmizdə vəkil peşəsinin müstəqilliyi tam təmin olunub. Məhz ümummilli lider Heydər Əliyevin vəkillik institutuna böyük qayğısının təzahürü kimi ölkəmizdə ilk dəfə 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul olunaraq müstəqil vəkilliyin əsası qoyulub. Azərbaycan vəkilliyini gücləndirən və onun nüfuzunu artıran isə Prezident İlham Əliyevdir.
Dövlətimizin başçısı tərəfindən vəkillik institutuna verilən ən böyük töhfələrdən biri də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişlərin mərkəzləşdirilmiş qaydada Vəkillər Kollegiyasına həvalə edilməsidir. Azərbaycan Prezidentinin bu il dekabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanla 2020-ci ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar ödənişlərin, vəkillərə ödənilməli olan haqqın Vəkillər Kollegiyası tərəfindən aparılması təsbit edilib.                                       
Vəkil- məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu.


Bayramınız mübarək!
 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az” 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ