SON DƏQİQƏ

Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı

Tarix:22-11-2022, 22:07

"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
19.11.2022-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında İcra haqqında qanunun 70-82-ci maddələri haqqında fikir mübadiləsi, məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. “Qanun və İcra” proqramına müracət edən  şikayətçi vətəndaş İsmayılov Azər Əşrəf oğlunun “Məhkəmə və digər orqanların qərarlarının icrası” şikayəti dinlənəcək və hüquq yollarından  danışılacacaq.     

Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik: 
 
1. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         
 
2. Bəkir Həsənov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         

3. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil                         

Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ