SON DƏQİQƏ

Tanınmış vəkil həmkarlarını təbrik etdi

Tarix:28-12-2020, 19:33

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Əkbər Yusifoğlu həmkarlarını təbrik etdi. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Bu tarixi Sərəncama, eləcə də dövlətimizin başçısının vəkillik institutuna göstərdiyi yüksək qayğı və etimada görə Vəkillər Kollegiyasının üzvləri və bütün vəkil korpusu adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Vətəndaşların müraciətləri əsasında digər növ hüquqi yardım göstərilməsi, xalqa xidmət edərək onların ərizə və şikayətlərinə baxmaq bizim vəzifəmizdir. Vəkil- məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov başda olmaqla  “Qanun və İcra” verlişinin bütün  komandası adından öz həmkarlarımı peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hər zaman xalqlarımızın rifahı naminə dövlət fəaliyyətinizdə yeni-yeni  uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.


Bayramımız mübarək əziz həmkarlarım! 

Əkbər Yusifoğlu                                                     
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü   tanınmış vəkil
.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ