SON DƏQİQƏ

Müsabiqə qalibləri mükafatlandırıldı- FOTO

Tarix:2-12-2022, 01:40

26 Noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası QHT-lərə Dövlət DəstəyiAgentliyinin maliyyə yardımı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası
Təhsil Cəmiyyəti tərəfindən VIII-XI sinif şagirdləri arasında keçirilən "Xəyallarımı hekayəmdə
anlatdım" hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Belə ki, iki ay davam edən layihəyə Respublikanın ümumtəhsil məktəblərinin VIII-XI sinif 
şagirdləri tərəfindən göndərilən yüzlərlə hekayə arasından 20 hekayə qalib seçilmişdir.
Tədbirdə İctimai Birliyin sədr müavini Murad Ağalarov çıxış edərək qalibləri təbrik
etmişdir. Bundan başqa layihənin eksperti, ARTİ-nin şöbə müdiri Könül Nəhmətli hekayələrin
seçim prosesi ilə bağlı ətraflı məlumat vermişdir. Qaliblərə plaket, sertifikat və müxtəlif hədiyyələr təqdim edilmişdir. 
 
Qaliblərlə tanış olaq:
 
1 Şəki şəhər 18 saylı tam orta məktəbin X sinif şagirdi Xanım Abdurrəhimli
                                                                            
2 Şəki şəhəri R.Əfəndiyev adına 10 saylı tam orta məktəbin VIII sinif şagirdi Rahilə Abdurahmanova
 
3 Bakı şəhəri C.Cabbarlı adına 187 saylı tam orta məktəbin X sinif şagirdi Zəhra Cavadova     
 
4 Bakı şəhəri Yasamal rayonu 13 saylı tam orta məktəbin VIII sinif şagirdi Şəfiqə Məhərrəmova
 
5 Bakı şəhəri, Xətai rayonu, 245 saylı tam orta məktəbin IX sinif şagirdi  Xədicə Əliyeva                         
6 Bakı şəhəri, Xəzər rayonu, R.M. Sadıqov adına 136 saylı tam orta məktəbin X sinif şagirdi Xədicə Əlizadə
 
7 Bakı şəhəri, Sabunçu rayonu, N.İsmayılov adına 80 saylı tam orta məktəbin VIII sinif şagirdi Hamlet Cəfər
 
8 Bakı şəhəri, Nərimanov rayonu, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin X sinif şagirdi Lalə Qurbanlı
 
9 Bakı şəhəri, Binəqədi rayonu, Z.Məmmədov adına 103 saylı tam orta məktəbin IX sinif şagirdi Dəniz Sadıqlı
 
10 Bakı şəhəri, Sabunçu rayonu, 311 saylı tam orta məktəbin XI sinif şagirdi Aysu İsmayılova
 
11 Bakı şəhəri, Qaradağ rayonu, K.Yaqubov adına 184 saylı tam orta məktəbin X sinif şagirdi Xədicə Əliyeva
 
12 Quba rayonu, Alekseyevka kəndi, R.O.Məmmədov adına tam orta məktəbin IX sinif şagirdi Fatimə Manafova
 
13 Quba şəhəri, A.Məmmədov adına 2 saylı məktəb-liseyin X sinif şagirdi Səbinə Allahquliyeva
 
14 Bakı şəhəri, Nizami rayonu, X.Quliyev adına 62 saylı tam orta məktəbin IX sinif şagirdi Ləman Hacızadə
 
15 Bakı şəhəri, Sabunçu rayonu, 130 saylı tam orta məktəbin XI sinif şagirdi Xanım Quliyeva

16 Bakı şəhəri, Nizami rayonu, K.Əyyubov adına 12 saylı tam orta məktəbin XI sinif şagirdi Gülcan Qəniyeva
 
17 Şəki şəhəri, 5 saylı tam orta məktəbin X sinif şagirdi Aliyə Xəlilova
 
18 Şəki rayonu, Köndələn kənd tam orta məktəbin XI sinif şagirdi Xəyalə Musayeva
 
19 Ağcabədi rayon S.Hüseynov adına Xocəvənd kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Humay Nəhmətli
 
20 Bakı şəhəri Səbail rayonu 189-190 saylı tam orta məktəbin XI sinif şagirdi Səma Muğanna
 
                         
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ