SON DƏQİQƏ

“Əlimi Buraxma” verlişi “3 dekabr Beynəlxalq Əlillər Günü”nü möhtəşəm şəkildə qeyd edib- - FOTO\VİDEO

Tarix:4-12-2022, 21:39

Səhiyyə TV- də yayımlanan məhşur telejurnalist Nuranə Gülərin təqdimatında həftə içi 5 gün yayımlanan “Əlimi Buraxma verlişində “3 dekabr Beynəlxalq Əlillər Günü” möhtəşəm şəkildə qeyd olundu.                                                        
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbin şagirdləri, Daun 
Sindiromlu Şəxslərin Reabilitasiya Mərkəzinin şagirdləri, müəllimlər, tərbiyəçi, psixoloq, Autizm Sindiromlu uşaqlar, serebrial iflic xəstəliyindən əziyyət çəkən uşaqlar, fiziki məhdudyyətli uşaqlar və valdeynləri verlişin qonağı oldular.
Verlişdə həmçinin eşitmə, danışma məhdudyyətli Sevinc Qəribovanın 14 yaşı qeyd olundu. Uşaqlar və qonaqlar Sevinc balamızı təbrik etdilər. Verlişdə iştirak edən bütün uşaqlara hədiyyələr verildi.  Bir-birindən maraqlı rəqslər, mahnılar, xor verlişə dahada rəngarənglik qatdı.    

İmza FM. Az radiosunun rəhbəri Aqil Məmmədov və  “GülSam Əlillərin Reablitasiyası” İctimai Birliyinin sədri Gülnarə Səlimova verlişi canlı görüntülü bağlanaraq verlişişdə iştirak edən uşaqlara və Azərbaycan xalqına  öz ürək sözlərini dedilər.                           

Verlişin qonaqları:  
 
1. Səbinə Kərimova- “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctinmai Birliyinin sədri 
2. Pərvanə Salmanqızı- “Zəfər Yolu İctimai Birliyinin”- sədri, jurnalist şairə 
3. Fərid Abdullayev- “Zəfər Yolu” İctimai Birliyinin sədr müavini.
4. Günel Kərimova- Surdo pedaqoq. 
5. Həsənova İzolda- Tərbiyəçi 
6. Fərqanə Nağıyeva - Daun Sindiromlu Şəxslərin Reabilitasiya Mərkəzinin psixoloqu.
Sonda xatirə şəkillər çəkildi.         


Hədiyyələrə görə “Zəfər Yolu” İctimai Birliyinin sədr müavini Fərid Abdullayevə, xeyriyyəçi Qızılgül xanıma, iş adamı Xəzail Bağırova öz təşəkkürümüzü bildiririk. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ