SON DƏQİQƏ

Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Tarix:12-12-2022, 10:02

Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür.                                                                
On doqquz il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu on doqquz ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki illərdə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir.
Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir.
Bütün bunlar onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Məhz buna görə 1993-cü ildə - xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.
Məhz H.Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.
Ondan sonrakı dövrdə də Heydər Əliyev siyasəti davam etdirilmişdir. 2003-2022-cü illərdə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixdə qalmışdır. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Sadəcə olaraq, biz Ulu Öndərin siyasətinə sadiq qalaraq onun siyasətini yaşatmışıq, zənginləşdirmişik və Azərbaycanı inamla irəliyə aparmışıq.
Bütün bu nailiyyətlərin əldə edilməsində başlıca şərt Heydər Əliyev siyasətinə olan sədaqətimizdir. 
Gənc nəsil də vətənpərvərlik ruhunda tərbiyə alır. Gənc nəsil də gələcəkdə bu yolla getməlidir. Heydər Əliyev siyasəti davam etdirilməlidir
Heydər Əliyevin xatirəsinə ən böyük abidə müstəqil Azərbaycan dövlətidir. Azərbaycan xalqı Heydər Əliyev siyasəti ətrafında, onun ideyaları ətrafında daha da sıx birləşmişdir.
Ulu Öndər cismən bizdən ayrı olsada, ruhən bizimlədir. 
Ulu Öndərin böyük arzularından biri də Qarabağ torpaqlarının azad olunması idi. Şükürlər olsun o torpaqları erməni vandalizimlərdən azad etdərək qalibiyyət tariximzi yazdıq. 
Ulu yaradandan Ulu Öndərə, şəhidlərimizə  rəhmət diləyirəm!                           

Bütün Azərbaycan xalqına dövlətimizin rəhbəri başda olmaqla xoşbəxtlik arzu edirəm.
Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində  əbədi yaşayacaq.

Hilal Nəcəfov                                                                       
General-mayor

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ