SON DƏQİQƏ

Gələn ilin buraxılış imtahanlarında bu yeniliklər olacaq

Tarix:29-12-2020, 00:33

Əziz şagirdlər və onların onlayn tədrisdən nigaran valideynləri sizi maraqlandıran bir məlumatımız var. 9-cu siniflərin buraxılış imtahanları əvvəlki kimi iki mərhələli olmayacaq. Yəniii cəmi bircə dəfə keçiriləcək. Aidiyyatı qurumlar buraxılış imtahanları ilə bağlı yeni model hazırlayıblar. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 9 və 11-ci siniflərin buraxılış fənlərinin proqramları həm də müəyyən qədər sadələşdirilib.
Bu ilki tədris ilinin sonunda 9-cu siniflərin buraxılış imtahanı yeni model əsasında keçiriləcək. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladıqları yeni model təsdiq edilməsi üçün aidiyyatı dövlət qurumlarına təqdim edilib. Yeni modeldə nəzərdə tutulur ki, 9-cu sinif buraxılış imtahanı əvvəlki illərdə olduğu kimi iki mərhələdə deyil, sadəcə bir mərhələdə keçirilsin.

11-ci siniflərin buraxılış imtahanının modelində isə hər hansı dəyşiklik olmayacaq. Buna baxmayaraq, koronavirusun tədris prosesinə təsiri nəzərə alınaraq, 9 və 11-ci siniflərin buraxılış fənlərinin proqramları müəyyən qədər sadələşdirilib.

Şagirdlər və abituriyentlər buraxılış imtahanlarının proqramı, habelə modeli haqqında yaxında nəşr ediləcək abituriyent jurnalının xüsusi buraxılışında tanış ola bilərlər.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ