SON DƏQİQƏ

Sumqayıtda şəhidlərin əziz xatirəsi qürur və ehtiramla yad olunub-FOTOLAR

Tarix:20-01-2023, 22:55

Sumqayıt şəhərində 20.01.2023-ci il tarixində şəhidlərin əziz xatirəsi qürur və ehtiramla yad olunub.
XeberTıme.az xəbər verir ki, Sumqayıt Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi anılıb. Anım mərasiminmdə icra nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, Qarabağ qaziləri  və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  
Saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.           
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xiiyabanı ziyarət edən rəsmi nümayəndələr, şəhər ictimayyəti və şəhidlərin  ailə üzvüləri  şəhidlərin məzarı üstünə əklil və gül dəstələri qoyub, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib ruhuna dualar oxudular. 
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
 “XeberTıme.az”
 
 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ