SON DƏQİQƏ

7-ci “ARPACHAY OPEN” beynəlxalq turniri uğurla başa çatıb- FOTO

Tarix:24-01-2023, 10:17

Xarici və yerli idmançıların mübarizə apardığı idman yarışında Arpaçay Karate Klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaguar” idman klubu isə üçüncü olub.
Şanlı tariximiz olan 20 Yanvar faciəsinə həsr olunan, ölkəmizdə vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan 7-ci “ARPACHAY OPEN-2023” beynəlxalq turniri 20-22 yanvar 2023-ci il tarixlərində Bakı İdman Sarayında baş tutub.   
Gənclər və İdman Nazirliyinin dəstəyi, Arpaçay Karate Klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə ənənəvi “ARPACHAY OPEN-2023”  beynəlxalq karate turniri təntənəli açılış mərasimi 21 yanvar 2023-cü il tarixində Bakı İdman Sarayında keçirilib. Açılış mərasimində çıxış edən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov tədbir iştirakçılarına minnətdarlığını çatdırıb və Arpaçay İdman Birliyi tərəfindən bundan da möhtəşəm idman yarışlarının keçiriləcəyini bildirib.                    
Gənclər və İdman Nazirliyinin Bakı Gənclər və İdman İdarəsinin müdiri Rafiq Abbasov, Milli Məclisin üzvləri Vüqar İskəndərov, Sadiq Qurbanov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov şanlı tariximiz olan 20 Yanvar facisəindən, 44 günlük Vətən müharibəsindən bəhs ediblər. 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan 7-çi Arpaçay Open yarışının böyük əhəməyyətə malik olduğundan, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən övladların hər zaman əziz xatirələri hörmət və ehtiramla xatırlayacağından söhbət açdılar. Bu cür yarışlar böyüməkdə olan nəslin vətənpərvərliyinə daha çox xidmət edir.  20 Yanvar Milli iradəminiz Zəfər çaldığı gündür. 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş o şanlı və qanlı gecədə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları çanlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin müdhiş gecədə həlak olan günahsız oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi ücün yol açdılar. Bu gün 7-çi dəfə Arpaçay klubunun keçirtdiyi Beynəlxalq “Arpaçay Open”yarışı yüksək səviyyədə təşkil olunub. Burada 6 ölkənin idmançıları öz güçlərini sınayaraq həmdə bizim milli mənəvi dəyərlərimizlə yaxından tanış olurlar.                                                    
Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısı idmana da, idmançılara da xüsusi diqqət göstərir. Ayrı-ayrı regionlarımızda olimpiya-idman kompleksləri tikilib idmançıların ixtiyarına verilib. İdmançılar böyük, geniş zallarda məşqlər edir və Avropa standartlarına cavab verən zallarda yarışlar keçirir, bu da olimpia və qeyri-olimpia idman növlərinə dövlət qayğısıdır.                                                                                        
Vətən  müharibəsi bizim qalibiyyət tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti,  beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. İkinci Qarabağ müharibəsində 478 idmançımız döyüşüb. 54 nəfəri şəhid olub, 51-i yaralanıb, 2 idmançımız itkin düşüb. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhid əsgər və zabitlərimizin  ruhu qarşısında baş əyirik.           
Yaşasın Müstəqil Azərbaycan!
Sonda qonaqlara fəxri diplomların təqdim olunması mərasimi keçirilib. Təltif olunanlar sırasında “XeberTıme.az” analitik informasiya portalının direktoru Yeganə Telmanqızı da vardı.        

Yarışla bağlı məlumat verən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov deyib ki, 3 gün davam edən “ARPACHAY OPEN”   turnirində xarici ölkələrdən, o cümlədən Çexiya, Gürcüstan, Küveyt, Özbəkistan, Rusiya və Ukraynadan, habelə Azərbaycanın paytaxtı Bakıdan və regionlardan 700-dən çox idmançı, o cümlədən 6-7, 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15, 16-17 yaşlı yeninyetmələr, 18 yaşdan yuxarı gənclər və veteran idmançılar kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. 40-dan çox federasiya və idman klubu turnirdə içtirak edib. Ümumi nəticələrə görə, Arpaçay Karate Klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaguar” idman klubu isə üçüncü olub. 
 
Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov “XeberTıme.az” analitik informasiya portalına müsahibə verib.                                                     

Yavər müəllim illərdi bu missiyanı çiyinlərinizdə daşıyaraq “Arpaçay Open” yarışlarını keçirirsiz. Bu cür yarışların keçirilməsi olduqca ağır və şərəflidir
 
- Yeganə xanım əvvala sizə öz təşəkkürümü bildirmək ki, bu günki yarışımıza dəvətimizi qəbul edib gəldiz. “Arpaçay” karate klubu 7-çi dəfədir ki “Arpaçay Open” yarışı keçirir. Mən müxtəlif idman federasiyalarında işləmişəm və böyük təcrübəmdən istifadə edərək. Bundan əvvəldə müxtəlif idman saraylarında möhtəşəm şəkildə bu cür yarışları keçirtmişəm. Mən dünya idman yarışlarını izləyərək qərara gəldim ki bizim ölkəmizdədə Open yarışları keçirilsin və bu yarışlar torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərinmizin əziz xatirəsinə həsr olunsun. Bu yarışlarada dünyəvi dövlətlərin idmançıları qatılsın, Azərbaycanı və Azərbaycan idmançısını tanısın. Bu cür yarışların keçirilməsi Azərbaycanda vətənpərliyi təbliğ etmək, yeniyetmələri və gəncləri sağlam ruhda yetişdirmək, davamlı olaraq idmançılarımızı milli komandanın tərkibinə daxil edib beynəlxalq yarışlara Azərbaycanı təmsil etməkdir.                                       

Bu gün bu yarışlarda böyük idmançıları görürsüz?                                                              
 - Bu günki “Arpaçay Open” yarışında və Azərbaycanda keçirilən bütün yarışlarda kifayət qədər təcrübə keçirən idmançılar iştirak edir ki, onlarda Avropa və dünya çempionatında iştirak edərək Azərbaycan himnini səsləndirir və 3 rəngli qürurverici bayrağımızı dalğalandırır. 
 
Bu günki yarışın digər “Arpaçay Open” yarışlarından  fərqi nədir?                    
 
- Sevindirici haldır ki , bu dəfəki beynəlxalq   yarışımızda böyüklər və veteran idmançılar öz qüvvələrini sınadılar. İlk bizim yanımızda olan Qarabağ qazisi idmanımızın fəxri Vətənini, torpağını kifayət qədər sevən      Həsən Quliyevdə tatamidə öz qüvvəsini sınadı və ilk mükafatçılarımızdan oldu. Klubun və yarışın rəhbəri olaraq yanımızda olan Vətən oğlu gözəl idmançı, məşqıçı müəllim, gözəl ailə başçısı Həsən Quliyevə öz təşəkkürümü bildirirəm.Yeganə xanım əsas odour ki, ürəyi hər zaman Vətənlə döyünür Həsənin. Bu Azərbaycanda başı uca yaşamaqda, çiyinlərimizdə olan ağır yükü, Qarabağımızı bizə qaytarmaqda biz şəhidlərimizə və qazilərimizə borcluyuq. Bütün şəhidlərin ruhu qarşısında, qazilərimizin qarşısında hər zaman baş əyirik. Bəli biz artıq qalib xalq olaraq yaşayırıq! 
 
Qarabağ qazisi, məşqıçı müəllim dəfələrlə bir sıra mükafatların sahibi Həsən Quliyev yarış haqqında fikirlərini bizimlə bölüşdü:  
 
- Qürurluyam Azərbaycan Ordusunda xidmətimlə, qürurluyam ki, bu gün Azərbaycanı dünya arenalarında təmsil edən idmançılar yetişdiriəm. İdmançı tələbələrimə vətəni sevməyi, qorumağı, onun uğrunda can fəda etməyi təbliğ edirəm.  Çünki vətən bacarıqlı, çalışqan insanların çiynində yüksəlir. 7-çi “Arpaçay Open” Beynəlxalq yarışının təşkilatı Avropa, dünya standartlarına cavab verir, bu yarışda məndə öz güçümü sınayaraq mükafatçılar sırasında oldum. Yarışın təşkilatına görə “Arpaçay” Karate Klubunun prezidenti Yavər Hüseynova, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və bu yarışda əməyi, zəhməti keçən hər kəsə öz təşəkkürmü bildirəm. 

Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq qalib idmançıları və onların məşqiçi müəllimlərini  təbrik edirik, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.  

Yeganə Telmanqızı               
“XeberTıme.az”



  
   
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ