Sosial Xidmətlər Agentliyi tərəfindən "Qayğı" çağrı mərkəzi yaradılır. Havalar soyuq keçir. Artıq xeyli vaxtdır həyatımızın ritmini dəyişən bir virusla ilə mübarizə vəziyyətindəyik. Belə məqamda küçələrdə gecələyən kimsəsiz insanların halını düşünmək belə mərhəmət damlası olan hər bir ürəyə toxunur. Lakin fürsət var ki küçələrdə gecələyən insanlara biganə yanaşmayaq. Sosial Xidmətlər Agentliyi tərəfindən "Qayğı" çağrı mərkəzi yaradılır. Yəni istənilən şəxs küçədə və digər ərazilərdə kimsəsiz birini gördükdə çağrı mərkəzinə zəng vurmaqla onun həyatını xilas edə bilər.
Yol kənarlarında,küçə və prospektlərdə kimsəsizlər və sığınacağa ehtiyacı olan şəxləri gördükdə istənilən şəxs yaradılacaq "Qayğı" Çağrı Mərkəzi ilə əlaqə saxlaya biləcək.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən "Qayğı" Çağrı Mərkəzi yaradılır. Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyir ki,Cağrı Mərkəzinin yaradılmasında məqsəd sığınacağa ehtiyacı olan insanlarla bağlı olan müraciətlərin daha operativ cavablandırılması və prosesi sürətləndirməkdir.
"Qayğı" Çağrı Mərkəzi 7/24 saat fəaliyyət göstərəcək və mərkəzin yaradılması üzərində iş gedir.
Hazır ki vəziyyətdə isə, vətəndaşlar kimsəsiz, evsiz, çətin həyat şəraiti ilə üzləşmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı (012) 550 57 69 nömrəsinə və Nazirliyin 142 qaynar xəttinə müraciət edə bilərlər. Murad Həşimovun sözlərinə görə, Sosial Xidmətlər Agentliyinin "Həssas Əhali Qruplarından Olan Şəxslər Üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 25 dekabra olan statistikaya əsasən, ümumilikdə qeydiyyatda olan 71 sakin yaşayır.
Ümumilikdə kimsəsizlərin sığınacaq problemini həl etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra işlərin görülməsi nəzərdə tutulub.