SON DƏQİQƏ

“Qarabağ Azərbaycandır!” verlişi şəhidin həyətində abadlıq işləri apardı- FOTO

Tarix:1-02-2023, 00:00

Hər həftənin 3-cü günü saat 23:00-da sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında Space TV-də yayımlanan “Qarabağ Azərbaycandır!” telelayihəsi bir sıra ziyalılarla, Bakı şəhərində yaşayan şəhid baş leytenant Kənan Süleymanlının ailəsinin ziyarət etdi. Qarabağ qaziləri, bir sıra ziyalılar Azərbaycanın qürurverici 3 rəngli bayraqları ilə şəhidin böyüyüb boya-başa çatdığı evə tərəf dünyanın ən gözəl yürüşünü etdi, qazilərimiz  qürurla bu yürüşün mahiyyətindən, tarixi yürüş olduğunda danışdılar.                                              
Şəhidin nur üzlü anası Səadət xanım oğlunun arzularından, vətən sevgisindən, torpağa bağlılığından söhbət açdı.  Səadət xanım oğlu ilə fəxr edir: 

- Nuranə xanım bizim xalqımız hər zaman şəhidinə, qazisinə qiymət verir. Oğıum Kənan  qonaq sevərdi, olduqca səliqəli, gözəllik yaradan bir insan idi. Bu gün bizim həyətdə abadlıq işləri aparırsız,  gözəl güllər, ağac əkirsiz, bu onun hər zaman arzusu olub, onun ruhu şaddır. Azərbaycanın bütün şəhid və qaziləri  mənim övladımdır. Kənan  nəinki mənim, həm də millətin qəhrəmanıdır.  O, mənim fəxrim, qürurum,  şəhidimdir! Şəhid ailələrininin ziyarətində şəhidlərin keçdiyi şərəfli döyüş yolunu yaxından öyrənir və onları xalq olaraq hamı tanıyır.  Qarabağ qaziləri, bir sıra ziyalılar, şəhidin ailə üzvüləri ilə birgə çay masasında söhbəti  davam etdirdilər. Şəhid baş leytenant Kənan Süleymanlının keçdiyi şərəfli hərbi həyatından, çətin döyüş yolundan danışıldı, xoş xatirələr xatırlandı.                                               
Qarabağ qaziləri: Nizami rayon Vetanlar Cəmiyətinin sədri Fikrət Həsənov, İlham Ulçuxanov, Kamil Babayev, Səxavət Hacıyev, Akif İmanov qalibiyyət tariximizin şanlı səhifəsi olan 1-ci Qarabağ müharəbisindən, Vətən müharibəsindən söhbət açdılar.
 

QƏHRƏMANLAR UNUDULMUR!


Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ