SON DƏQİQƏ

Gənclər bizim sabahımızdır-2 Ferval Gənclər Günü

Tarix:2-02-2023, 07:57

Gənclər gününüz mübarək olsun Vətənimin əziz gəncləri.
Bu gün Azərbaycan gəncliyinin İlham Əliyev kimi Prezidenti və səmimi dostu var. Azərbaycan gəncliyinin sabahına   inamla əsası var. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə ücün ən başlıca məsələdir. Gənclik bir millətin yaşaması, inkişafı ücün təməl daşıdır. Bir millətin mövcud olması ücün onun sağlam gəncliyinin olması vacib şərtdir. Hər xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər var. Azərbaycan xalqı, Azərbaycan gəncliyi bu günü və sabahı ücün Ulu öndər Heydər Əliyevə borcludur. Heydər Əliyev Respublika rəhbərliyinə gəldiyi ilk dövlərdən gənclərin himayədarı kimi cıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür, gəclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir, əsas məqsədi yeni nəslin fiziki,mənəvi, psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə cıxarılması və onların ölkənin gələcəyinə tohfə verilməsini təmin etməsi idi. Azərbaycan gəncliyini ölkənin taleyi ücün mühüm işlər görməyə çağırdı. Heydər Əliyev nitqlərindən birində demişdir “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyuk məfhumdur. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. 1994-cü il 26 iyul Gənclər və idman Nazirliyi yaradıldı. Gənclər və idman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il 2 fevral tarixində Azərbaycan Respublikası gənclərinin ilk formu keçirildi və elə həmən günü Azərbaycan tarixinə Gənclər günü kimi yazdı. Bu formun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. 1997-ci ildən Ulu öndər Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər günü elan edilməsi barədə sərəncam imzaladı.Artıq 21 ildir ki, fevralın 2-si Gənclər günü kimi qeyd olunur. Bu bayram gənclərə ümummilli lidiremiz Heydər Əliyevin hədiyyəsidir. Gənclərə xüsusi diqqət ayıran  Heydər Əliyev 1999-cu ildə gənclərin ikinci forumunda gənclərə müraciət etdi: ”Siz Azərbaycanın bu günü və gələcəyisiz. Sizin üzərinizə böyük vəzifə düşür bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil  Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil  Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracayıq”.                                                                                 
2020-ci ilin Vətən müharibəsində Zəfər tarixi yazan gəncliyimiz bizə Qələbə sevincini yaşatdı və “Qarabağ Azərbaycandır!” dedilər. Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı göstərilir. Azərbaycan gənclərinə xüsusi diqqət ayıran, mütamadi dövlət proqramları qəbul edən yeganə dövlətdir Azərbaycan, bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır. Bunun nəticəsidir ki, 30 dan artıq nüfuzlu beynəlxalq təşkilatda təmsil olunur. Azərbaycanı və azərbaycanlığı yüksək səviyyədə təbliğ edir. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır. Hazırda  Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial, iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə böyük işlər görülür.  İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Gənclər gününüz mübarək olsun Vətənimin əziz gənclər hər  birinizə işıqlı sabahlar və uğurlu günlər arzusu ilə... 

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ